Qətiyyətli siyasət, sarsılmaz iradə və bərpa Olunan tarixi ədalət
20.10.2026 [10:32]
Müasir beynəlxalq münasibətlər sistemində ərazi bütövlüyünü və suverenliyini öz hərbi-siyasi gücü ilə bərpa edən dövlətlərin sayı olduqca azdır. Azərbaycanın 30 illik işğala son qoyaraq qazandığı tarixi Zəfər təkcə hərbi uğur deyil, Müzəffər Ali Baş Komandanın illər boyunca addım-addım həyata keçirdiyi uzaqgörən xarici, daxili və hərbi strategiyanın məntiqi nəticəsidir. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini öz gücü ilə icra edən Azərbaycan, dövlət başçısının liderliyi ilə Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən cızdı və bölgədə güc balansını köklü şəkildə dəyişdi. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi və ikili standartları fonunda həyata keçirilən hücum diplomatiyası BMT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi platformalarda ölkəmizin tam haqlı mövqeyini beynəlxalq müstəvidə sarsılmaz etdi.
Bu böyük hərbi-diplomatik zəfər xronikasında Zəngilan rayonunun işğaldan azad edilməsi xüsusi strateji və geosiyasi dönüş nöqtəsi oldu. 2020-ci il oktyabrın 20-də Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə həyata keçirilən çevik hərbi manevrlər nəticəsində Zəngilan şəhərinin və ətraf kəndlərin azad olunması Azərbaycan-Ermənistan dövlət sərhədinin cənub istiqamətində kontrola götürülməsini təmin etməklə yanaşı, düşmənin müdafiə xəttini köklü şəkildə çökdürdü. Məhz bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə dövlət başçısının Sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi təsis edildi. Bu Zəfər yolları Vətən uğrunda canından keçmiş, müqəddəs şəhidlərimizin qanı və qəhrəmanlığı bahasına yazıldı; onların unudulmaz xatirəsi, fədakar addımları və alı qanları azad edilmiş bu torpaqlarda əbədi yaşayacaqdır.
Tarixi qələbənin digər mühüm sütunu isə güclü iqtisadiyyat və müasir ordu quruculuğuna söykənir. "İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır" prinsipini rəhbər tutan dövlət başçısı ölkənin maliyyə imkanlarını mərkəzləşdirərək müdafiə sənayesini inkişaf etdirdi və Silahlı Qüvvələrimizi XXI əsrin ən müasir standartlarına çatdırdı. Ən son hərbi texnologiyalarla təchiz olunmuş, sarsılmaz mənəvi ruha sahib Azərbaycan Ordusu Ali Baş Komandanın Dəmir Yumruğu altında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin birgünlük lokal antiterror əməliyyatında tam suverenliyimizi bərpa etdi. Xalq, dövlət və ordunun vahid yumruq kimi birləşməsi dövlətçilik tariximizin en parlaq səhifəsini yazdı.
Bu gün Zəngilandan başlayaraq bütün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı, genişmiqyaslı abadlıq-quruculuq işləri, Zəngilan Beynəlxalq Hava Limanının inşası, "yaşıl enerji" zonalarının yaradılması və Zəngəzur dəhlizi təşəbbüsü Prezident İlham Əliyevin qlobal miqyaslı siyasi baxışının davamıdır. Zəngilanın Ağalı kəndində reallaşan ilk "Ağıllı kənd" layihəsi çərçivəsində illərlə doğma yurd həsrəti çəkən sakinlərin öz ata-baba ocaqlarına davamlı və təhlükəsiz kütləvi köçürülməsi dövlətimizin müasir quruculuq gücünün simvoluna çevrildi. Azərbaycan təkcə öz ərazilərini işğaldan azad etmədi, həm də Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və çoxşaxəli iqtisadi əməkdaşlığın reallaşması üçün yeni era başlatdı. Bu tarixi missiya müasir Azərbaycan dövlətinin gücünü, suverenliyini və dövlət başçısının dünya miqyaslı liderlik nüfuzunu bir daha əyani şəkildə sübut edir.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41

