Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir

20.10.2026 [11:33]

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu, müstəqil xarici siyasəti və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr ölkəmizin mövqelərini daha da gücləndirir. Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü də Azərbaycanın beynəlxalq dialoqun təşviqində və regional əməkdaşlığın genişləndirilməsində mühüm rolunu bir daha nümayiş etdirdi.

Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas prinsiplərinə, beynəlxalq hüququn aliliyinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyinə toxundu. Dövlət başçısı AQEM-ə üzv dövlətlərin 2024-cü ildə Azərbaycanın sədrliyini yekdilliklə dəstəkləməsini ölkəmizə göstərilən hörmət və etimadın ifadəsi kimi qiymətləndirdi.

Cənab Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyinin ölkəmizə Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynamaq imkanı yaratdığını vurğuladı. Bildirildi ki, Azərbaycan müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirərək regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir. Dövlət başçısı, həmçinin beynəlxalq münasibətlərdə ikili standartların və münaqişələrin həllinə seçici yanaşmaların yolverilməz olduğunu diqqətə çatdırdı.

Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsinin əhəmiyyəti də xüsusi qeyd olundu. Prezident İlham Əliyev uzun illər ərzində Azərbaycanın üzləşdiyi işğal siyasətindən, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsindən bəhs etdi. Dövlət başçısı vurğuladı ki, beynəlxalq qərarların icrasını təmin edən mexanizmlər yaradılmadıqda münaqişələrin davam etməsi və yeni qarşıdurmaların yaranması təhlükəsi artır.

Azərbaycanın müharibədən sonra Ermənistana sülh təklif etməsi ölkəmizin mövqeyinin aydın ifadəsidir. Prezident İlham Əliyev müharibənin Azərbaycanın seçimi olmadığını, ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək məcburiyyətində qaldığını bildirdi. Bununla yanaşı, Azərbaycanın qisasçılıq siyasəti yürütmədiyini, sülhə üstünlük verdiyini və əldə olunan sülhün qorunub möhkəmləndirilməsinin vacibliyini vurğuladı.

AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi də Prezidentin çıxışında mühüm yer tutdu. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ikiillik sədrliyi dövründə təşkilatın gücləndirilməsinə xüsusi diqqət yetirilib, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafı istiqamətində təşəbbüslər irəli sürülüb. Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən bu fəaliyyət AQEM-in institusional və hüquqi imkanlarının güclənməsinə, dialoq və qarşılıqlı fəaliyyət potensialının genişlənməsinə şərait yaradıb.

Zirvə Görüşündə Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi də əlamətdar hadisə oldu. Bu qərar təşkilatın daha geniş və əhatəli dialoq platformasına çevrilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılmasına göstərilən dəstək ölkəmizin təşkilat çərçivəsində həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymətin göstəricisidir.

Bütövlükdə, Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyini, milli maraqlara əsaslanan müstəqil siyasətini və regional təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfələri bir daha ortaya qoydu. Bakının mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməklə yanaşı, Asiya dövlətləri arasında qarşılıqlı etimadın, siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdı.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31