Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilanın bərpası və inkişafı

Zəngilanın bərpası və inkişafı

20.10.2026 [12:11]

Tariximizin ən şanlı və unudulmaz səhifələrindən biri məhz oktyabr ayında yazılıb. Uzun illər boyu əvvəlcə Zəngəzur qəzasının, daha sonra isə bütövlükdə Zəngilan rayonunun işğal altında qalması qəlbimizdə sağalmaz bir yara açmışdı. Lakin 20 oktyabr 2020-ci il tarixi təkcə təqvimdəki bir gün deyil, həm də əyilmiş qamətimizin düzəldiyi, milli qürurumuzun və doğma Zəngilanımızın əsarətdən birdəfəlik qurtulduğu dönüş nöqtəsidir. O möhtəşəm qələbədən dərhal sonra başlayan və bu gün də sürətlə davam edən böyük qayıdış prosesi sayəsində Zəngilanın şəhər və kəndlərinə yenidən həyat nəfəsi gəlir, soydaşlarımız öz dədə-baba yurdlarına qovuşur. Bu dirçəliş yalnız yolların, binaların inşası ilə yekunlaşmır, mənəvi yaddaşımız da özümüzə qaytarılır; bunun ən gözəl sübutu Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidinin əsaslı şəkildə bərpa edilərək yenidən xalqın istifadəsinə verilməsidir. Bütün bu nəhəng quruculuq salnaməsinin memarı isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Dövlət başçısının azad olunmuş rayonumuza hər bir səfəri əsl mənada yeni bir tarixin, böyük inkişafın təməlini qoyub. Hələ 2021-ci ilin 26 oktyabrında Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və “Dost Aqropark”ın təməli qoyulanda, o cümlədən “Ağıllı kənd” layihəsinin icrasına başlanılanda biz artıq Zəngilanın regionun ən müasir mərkəzlərindən birinə çevriləcəyinə əmin idik. Cəmi bir neçə ay sonra – 2022-ci ilin 27 mayında ölkə rəhbəri bu dəfə hava limanının və məscidin tikintisi, intensiv meyvə bağları ilə tanış olmaqla yanaşı, Zəngilanda “Ağıllı kənd”in birinci mərhələsinin açılışını etdi. Azadlığımızdan cəmi iki il keçmişdi ki, 2022-ci ilin 19 oktyabrında Prezidentimiz yenidən Zəngilanda idi; bu səfər çərçivəsində Ağalı kəndinin şagird və müəllim kollektivi, eləcə də kənd sakinləri ilə unudulmaz görüş keçirildi, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan ən müasir şəraitlə tanışlıq oldu, Arximed turbini tipli Su Elektrik Stansiyası işə salındı, ən əsası isə Zəngilan şəhərində ilk yaşayış və məktəb binalarının təməli qoyuldu. Quruculuq işlərinin miqyası 2023-cü ilin 4 may tarixində yeni inzibati binanın təməlqoyma mərasimi ilə daha da genişləndi. Bu gün Zəngilanın abadlaşan küçələrinə, tikilən binalarına və dirçələn təbiətinə baxanda insanın qəlbi fərəhlə dolur; biz təkcə doğma torpaqlarımıza deyil, öz gələcəyimizə, qurub-yaradan ruhumuza qayıtmışıq və Zəngilanımız indi özünün ən şanlı intibah dövrünü yaşayır.

Tutu Kamal qızı 

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31