Zəngilan rayonunun işğaldan azad edilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti danılmazdır
20.10.2026 [13:57]
Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 kv. km, əhalisi 45473 nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir.Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir. Rayonun ərazisində iki iqlim tsikli qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir.Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır. Artıq, Zəngilan düşməndən azad olunmuş şəhərlərimizin sırasındadır. Zəngilanın işğal tarixi onun azad olma tarixi ilə əvəz olunmuş, Qələbə ruhlu 20 oktyabr 2020 tarixi şərəf və qürur tariximizə çevrilmişdir. Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarında ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət etmişdir. Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir! Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür. Bunun üçün artıq heç bir maneə yoxdur. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək. Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək. İşğal altında olan ərazilərimizin, eləcə də Zəngilan torpağının işğaldan azad edilməsində cəsurluq göstərən, döyüşən, əzm və iradə nümayiş etdirənlər hər bir Azərbaycan vətəndaşı, bu xalqın hər nümayəndəsi üçün bundan sonra nümunə sayılacaq və bu günün bir tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. Məhz bu baxımdan Zəngilanın işğaldan azad olunması tarixi hər zaman xatırlanacaq, təbii ki, hər il bu tarix ildönümü kimi qeyd olunacaq, ehtiramla yad ediləcək, qürur və fəxarət hissi ilə xatırlanacaq.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33

