20 Oktyabr - Zəngilanın Zəfər Tarixi
20.10.2026 [14:31]
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsinin gedişində 20 oktyabr 2020-ci il xüsusi yer tutur. Məhz həmin gün - müharibənin 24-cü günündə - Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. 27 il davam edən işğala son qoyuldu və Zəngilanın əzəli sakinlərinin qəlbində illərlə sönməyən qayıdış ümidi gerçəyə çevrildi.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 1 şəhər, 5 qəsəbə, 79 kənd dağıdılmış, tarixi, mədəni, dini abidələrimiz məhv edilmiş, meşələrimiz qırılmış, təbii sərvətlərimiz talan olunmuşdu. 44 günlük müharibədə isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz cənub cəbhəsində Cəbrayıldan sonra Zəngilan istiqamətində əks-hücumu uğurla davam etdirdi. Oktyabrın 20-də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhərinin azad olunduğu rəsmi olaraq elan edildi. Bu xəbər bütün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.
Azadlıqdan iki ay sonra, 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi an Zəngilanın əbədi olaraq Azərbaycana qayıdışının rəmzi oldu. Tarixi Qələbəni əbədiləşdirmək və şəhidlərimizin xatirəsini yaşatmaq üçün dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş şəhərlərin günləri təsis edildi və 20 oktyabr tarixi rəsmi olaraq Zəngilan Şəhəri Günü elan olundu.
Zəngilan bu gün təkcə qələbə rəmzi deyil, həm də Böyük Qayıdışın ilk və ən uğurlu nümunəsidir. Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramının ilk pilot layihəsi məhz burada - Zəngilanın Ağalı kəndində icra olundu. Birinci, İkinci və Üçüncü Ağalı kəndlərini əhatə edən ərazidə "ağıllı kənd" konsepsiyası əsasında tamamilə yeni yaşayış məntəqəsi salındı. 2022-ci ildə istifadəyə verilən bu kənd dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada ağıllı idarəetmə, rəqəmsal xidmətlər, alternativ enerji, günəş panelləri, yüksək sürətli internet tətbiq olundu. İlk mərhələdə 200, ikinci mərhələdə isə 150 olmaqla 350 fərdi ev inşa edildi. Kənddə tam orta məktəb, uşaq bağçası, həkim məntəqəsi, ASAN, DOST, KOBİA xidmətləri yaradıldı. 2022-ci ilin may ayından etibarən Ağalı sakinləri 29 illik ayrılıqdan sonra doğma torpaqlarına qayıtmağa başladılar. Bununla da Böyük Qayıdışın əsası məhz Zəngilandan qoyuldu.
Son altı ildə Zəngilan genişmiqyaslı bərpa-quruculuq meydanına çevrilib. Burada Zəngilan Beynəlxalq Hava Limanı qısa müddətdə inşa edilərək istifadəyə verildi. Horadiz-Ağbənd dəmir yolu xətti, Zəngəzur dəhlizinin əsas hissəsi olan avtomobil yolları çəkilir. Rayon Şərqi Zəngəzur iqtisadi rayonunun və regional nəqliyyat-logistika şəbəkəsinin mərkəzinə çevrilir. Eyni zamanda əkinə yararlı torpaqlar dövriyyəyə qaytarılır, kənd təsərrüfatı, heyvandarlıq bərpa olunur, yeni iş yerləri açılır.
Bu gün Ağalıda uşaq səslərinin eşidilməsi, məktəbdə dərslərin keçirilməsi, Zəngilan şəhərində yeni yaşayış komplekslərinin təməlinin qoyulması bir həqiqəti göstərir ki, Azərbaycan dövləti azad etdiyi hər qarış torpağı daha da abad edir. 20 Oktyabr Zəngilan Şəhəri Günü təkcə bir şəhərin azad olunma günü deyil, həm də milli birliyimizin, dəmir iradəmizin, xalqımızın yenilməz ruhunun bayramıdır.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33

