Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / QƏHRƏMANLIQ, ZƏFƏR VƏ QAYIDIŞ TARİXİ

QƏHRƏMANLIQ, ZƏFƏR VƏ QAYIDIŞ TARİXİ

20.10.2026 [15:55]

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, milli qürurun, qəhrəmanlığın və tarixi ədalətin təntənəsi kimi yaddaşlara həkk olunur. Zəngilanın işğaldan azad edilməsi də xalqımızın şanlı tarixində belə əlamətdar hadisələrdən biridir.

2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Bu tarixi qələbə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. 2026-cı il oktyabrın 20-də Zəngilanın azad edilməsinin altıncı ildönümü qeyd olunur.

Zəngilanın azad olunması Azərbaycan əsgərinin misilsiz igidliyinin, xalqımızın birliyinin və dövlətimizin gücünün parlaq təcəssümüdür. Uzun illər düşmən işğalı altında qalan bu torpağın azadlığı uğrunda hər bir Azərbaycan əsgəri böyük fədakarlıq göstərdi. Ordumuzun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq Azərbaycan xalqının mübarizə əzmini və doğma torpaqlara bağlılığını bütün dünyaya nümayiş etdirdi.

Zəngilanın azad edilməsi təkcə bir şəhərin düşmən işğalından qurtuluşu deyildi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi addım, xalqımızın uzun illər həsrətində olduğu ədalətin təntənəsi idi. Həmin günlərdə bütün Azərbaycan bir amal ətrafında birləşmişdi: Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü və milli qürurumuzun bərpası.

Zəngilan torpağı şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin qəhrəmanlığı bahasına azadlığa qovuşdu. Bu qələbənin arxasında Vətən sevgisi, sarsılmaz iradə və böyük fədakarlıq dayanır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaqdır.

Bu gün Zəngilanda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir. Şəhər və kəndlərin yenidən qurulması, yolların, yaşayış məntəqələrinin və sosial infrastrukturun yaradılması doğma torpaqlarımızın dirçəldilməsinə xidmət edir. Zəngilanın Ağalı kəndində həyata keçirilən müasir yaşayış layihəsi azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının mühüm nümunələrindəndir.

Zəngilanın inkişafı yalnız həmin bölgənin deyil, bütövlükdə Azərbaycanın gələcəyinə yönəlmiş strateji addımdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr ölkəmizin iqtisadi potensialını artırır, yeni iş yerlərinin yaradılmasına və əhalinin doğma yurdlarına qayıdışına şərait yaradır.

Zəngilanın azad olunmasının altıncı ildönümü bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənə sədaqət ən böyük dəyərlərimizdəndir. Bu tarixi qələbə gələcək nəsillərə Azərbaycan xalqının öz torpaqlarını qorumaq və azad etmək əzmini nümayiş etdirən parlaq nümunədir.

Bu əlamətdar gün münasibətilə Zəngilanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq, Vətən uğrunda göstərdikləri fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Zəngilan azaddır! Qarabağ və Şərqi Zəngəzur dirçəlir! Azərbaycan xalqınının qələbə ruhu daim yaşayacaqdır!

Vaqif Abdullayev  

YAP Culfa rayon Yaycı kənd ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31