Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında  partiyanın gələcək fəaliyyət istiqamətləri müzakirə edilib

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında  partiyanın gələcək fəaliyyət istiqamətləri müzakirə edilib

20.10.2026 [16:12]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Mayakovski küçəsi 12” ünvanı üzrə Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışında müəyyənləşdirilən hədəflərin mahiyyətinə həsr olunmuş növbəti görüş təşkil edilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov çıxışında Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin davamlı tərəqqisinin təmin olunması, milli dəyərlərin qorunması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi məsələlərinə toxunub. Vurğulanıb ki, bu istiqamətlərdə ictimai fəallığın artırılması və vətəndaşların düzgün məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir.

Görüşdə partiya üzvlərinin üzərinə düşən vəzifələr, təşəbbüskarlığın artırılması və VIII Qurultayda səsləndirilən çağırışların gündəlik fəaliyyətdə əsas götürülməsi ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31