Azərbaycan beynəlxalq əməkdaşlığın və etimadın möhkəmləndirilməsinə töhfə verir
20.10.2026 [16:15]
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Asiya ölkələri arasında dialoqun inkişaf etdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, sülhün və təhlükəsizliyin təmin olunması məqsədi daşıyan AQEM müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq üçün mühüm platformalardan biridir. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir ölkəmizin beynəlxalq dialoqun genişləndirilməsinə və dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfənin göstəricisidir. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mövqeyini, regionda sülhün təmin olunması istiqamətində atılan addımları və beynəlxalq münasibətlərdə ədalət prinsipinin əhəmiyyətini diqqətə çatdırıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan uzun illər işğaldan əziyyət çəksə də, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh yolunu seçib. Prezident qeyd edib ki, Ermənistanla sülhün əldə olunması istiqamətində müəyyən irəliləyişlər olsa da, sülh hələ kövrəkdir və onun qorunması üçün məsuliyyətli yanaşma tələb olunur. Bu baxımdan, regionda davamlı sabitliyin təmin edilməsi tərəflərin qarşılıqlı öhdəliklərinə əməl etməsindən və gələcəyə sülh şəraitində baxmasından asılıdır.
Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasının vacibliyini də xüsusi vurğulayıb. Dövlət başçısı Azərbaycanın üzləşdiyi işğal dövründə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların uzun müddət yerinə yetirilməməsinə diqqət çəkərək beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyini bir daha gündəmə gətirib. Onun fikirlərində əsas mesaj ondan ibarətdir ki, dövlətlərin suverenliyi və ərazi bütövlüyü bütün hallarda eyni prinsiplər əsasında qorunmalı, beynəlxalq hüquq normaları yalnız bəyanatlarda deyil, praktikada da təmin edilməlidir.
Dövlət başçısı Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığın inkişafına, nəqliyyat əlaqələrinin genişləndirilməsinə, rəqəmsal inkişafın təşviqinə və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi ölkəmizə beynəlxalq nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm rol oynamaq imkanı yaradır. Bu imkanlardan səmərəli istifadə edilməsi həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müstəqil xarici siyasətinin əsas istiqamətlərini, sülhə və əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirib. Bakı Zirvə Görüşü dövlətlər arasında etimadın gücləndirilməsi, ortaq problemlərin dialoq yolu ilə həlli və regional sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bundan sonra da beynəlxalq əməkdaşlığın genişləndirilməsi və davamlı sülhün təşviqi istiqamətində səylərini davam etdirəcək.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12

