Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağcabədi rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir

YAP Ağcabədi rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir

20.10.2026 [18:41]

YAP Ağcabədi rayon təşkilatının 2, 3, 4 və 7 saylı Ərazi Partiya Təşkilatlarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflər və qarşıya qoyulan vəzifələrlə bağlı partiya üzvləri ilə görüşlər keçirilib.

Tədbirlərin əvvəlində Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və Ərazi Partiya Təşkilatlarının sədrləri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışının siyasi və təşkilati əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işin gücləndirilməsi və üzvlərin qarşısında duran vəzifələrin daha aydın şəkildə müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışlarda ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və milli maraqların qorunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi və bu istiqamətdə qarşıda duran vəzifələr barədə danışılıb. Vurğulanıb ki, əldə olunan nailiyyətlərin qorunması və ölkəmizin gələcək inkişafının təmin edilməsi hər bir partiya üzvündən fəallıq və məsuliyyət tələb edir.

Görüşlərdə, həmçinin Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolunun daha da gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, gənclərlə işin təkmilləşdirilməsi və dövlət siyasətinin əsas istiqamətlərinin əhali arasında təbliğinin gücləndirilməsi məsələləri müzakirə olunub. Çıxış edən partiya fəalları VIII Qurultayda irəli sürülən müddəaların əhəmiyyətini qeyd edərək qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində öz fikir və təkliflərini bölüşüblər.

Görüşlər qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Qeyd olunub ki, bu cür müzakirələr partiya üzvlərinin məlumatlandırılması, qarşıda duran vəzifələrin mahiyyətinin izah edilməsi, təşkilati fəaliyyətin əlaqələndirilməsi və VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31