Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Laçın rayon təşkilatı müşavirə keçirilib

YAP Laçın rayon təşkilatı müşavirə keçirilib

21.10.2026 [16:31]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə YAP Laçın rayon təşkilatı laçınlıların kompakt məskunlaşdığı Bərdə şəhərində müşavirə keçirib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov dövlət başçısının Qurultaydakı proqram xarakterli nitqinin ölkəmizin keçdiyi inkişaf yolunun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji hədəflərin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, böyük zəfərlərimizin və tarixi qələbələrimizin başlanğıc təməli Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə qoyulub və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün də  Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyev tərəfindən dəyişməz olaraq uğurla davam etdirilir.
Tədbirdə Laçın Rayon Dövlət Arxiv İdarəsinin müdiri Yasin Həsənov, Ağanus kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Mehman Qasımov və Dağbəyi Abbasov, eləcə də Vəliuşaqlı tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Rüstəmova çıxış edərək Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn mühüm məqamlara diqqət çəkiblər. Çıxışlarda ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik kimi mühüm prioritet təşkil etdiyi, gələn il minimum əməkhaqqı, pensiya və sosial muavinətlərin artırılmasının əhalinin rifahına xidmət edən sosial siyasətin bariz nümunəsi olduğu vurğulanıb. Eyni zamanda, növbəti illərdə "Böyük Qayıdış" proqramının daha da sürətlənəcəyi və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesinin ardıcıl xarakter daşıyacağı qeyd edilib.

Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31