Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Göyçay rayon təşkilatının ərazi partiya təşkilatlarında görüş keçirilib

YAP Göyçay rayon təşkilatının ərazi partiya təşkilatlarında görüş keçirilib

21.10.2026 [18:54]

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflər və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrlə bağlı YAP Göyçay rayon təşkilatının “Qarabaqqal kənd”  ərazi partiya təşkilatlarında görüş keçirilib.

Tədbiri açıq elan edən ərazi partiya təşkilatının sədri Məhəmməd Məmmədov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrdən danışıb. O, qurultayda dövlətçilik prinsiplərinin qorunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davamlılığının təmin olunması və ideoloji-maarifləndirmə işinin müasir tələblərə uyğun təşkili ilə bağlı qarşıya qoyulan vəzifələri diqqətə çatdırıb.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi sabitliyin təmin olunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki tarixi rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də qazanılan uğurlar uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Natiq milli birliyin qorunmasının, dövlət təhlükəsizliyinin təmin edilməsinin, gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, partiya fəalları Firəngiz Məmmədyarova, Fidan Feyzullayeva və Anar Əhmədov YAP-ın VIII Qurultayının əhəmiyyətindən, qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin vacibliyindən bəhs edərək partiyanın gələcək fəaliyyət istiqamətləri ilə bağlı düşüncələrini bölüşüblər.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31