Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində müşavirə keçirilib

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində müşavirə keçirilib

21.10.2026 [19:06]

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi üzrə Ərazi Partiya təşkilatında Yeni Azərbaycan Partiyasının VIII qurultayında irəli sürülən məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru, Ərazi Partiya təşkilatının sədri Ənvər İmaməliyev, digər məsul şəxslər və partiya fəalları iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müşavirədə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII qurultayındakı tarixi çıxışından irəli gələn əsas vəzifələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yol müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və ölkəmizin davamlı inkişafı ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyi xilas edilib, ölkəmizin inkişafının möhkəm təməli qoyulub. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və tarixi Zəfərimiz nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Sədr Həbib Misirov vurğulayıb ki, dövlət başçısının qurultaydakı çıxışında ideoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi müasir dövrdə milli maraqların qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. O, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış proqramının ölkəmizin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib.

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru, Ərazi Partiya təşkilatının sədri Ənvər İmaməliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarından və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən bəhs edib. O bildirib ki, partiyanın VIII qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr hər bir partiya üzvü üçün mühüm məsuliyyət yaradır. Səhiyyə işçilərinin də dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etdiklərini vurğulayan Ənvər İmaməliyev doğma Kəlbəcərin yenidən qurulmasının keçmiş məcburi köçkünlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdaraq Kəlbəcərin inkişafına töhfə verməyin hər bir kəlbəcərlinin arzusu olduğunu diqqətə çatdırıb.

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktorunun köməkçisi Aytac Sadıqzadə çıxışında Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışının əhəmiyyətindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün də yaşadıldığını, həmin ideyaların müasir və müstəqil Azərbaycanın inkişafına istiqamət verdiyini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, səhiyyə, təhsil, mədəniyyət və humanitar sahələrdə həyata keçirdiyi layihələr də Azərbaycanın inkişafına, əhalinin rifahının yüksəldilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfələr verir.

Müşavirə zamanı partiyanın VIII qurultayında müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının artırılması, dövlətçilik ideyalarının təbliği, milli həmrəyliyin gücləndirilməsi və qarşıda duran hədəflərə nail olmaq üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Sonda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinə sadiqlik, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin dəstəklənməsi və doğma torpaqlarımızın inkişafına töhfə vermək hər bir partiya üzvünün mühüm vəzifəsidir.

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31