Abşeron seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
10.12.2014 [10:04]
Rayonun Fatmayi kəndində keçirilən görüşdə bu bir daha bəyan edilib
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası davam edir. Dünən kampaniya çərçivəsində Abşeron rayonunun Fatmayi kəndində seçicilərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev seçicilərə rayon təşkilatı və partiyanın namizədləri haqqında ümumi məlumat verib. Natiq daha sonra bildirib ki, reallaşdırılan məqsədyönlü planlar və layihələr əsasında Azərbaycan günü-gündən abadlaşır və gözəlləşir: “Qeyd etmək istəyirəm ki, aparılan abadlıq-quruculuq işləri Azərbaycan xalqına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin qısa müddət ərzində həyata keçirdiyi siyasət Azərbaycanın dünya ölkələri sırasında önəmli yer tutmasına səbəb olub”.
Sonra çıxış edən millət vəkili İmamverdi İsmayılov deyib ki, bu görüşün əsas məqsədi qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı vəziyyəti təhlil etməkdir: “Bu gün vacib və məsuliyyətli bir gündür. Abşeron və onun kəndləri olduqca qədim yaşayış məskənləridir. Fatmayi kəndi Azərbaycanın görkəmli ziyalılarının, musiqimizin dahi siması Qara Qarayevin, tarixçi alimlərin, professorların və digər vəzifəli şəxslərin vətənidir. Fatmayi kəndi Bakı şəhəri kəndlərinin birincilərindəndir. Bu baxımdan, bu qədim kənd xoş sözlərə layiqdir. Bu kəndin çox qədim qəbiristanlığı var. Bu onu bir daha sübut edir ki, Fatmayi qədim kənddir.
Bu gün Azərbaycandakı sıçrayışlı inkişaf dünyanın heç bir ölkəsində görünməyib. Azərbaycanın şəhərlərinə, rayonlarına, qəsəbələrinə, kəndlərinə baxın! Bu ərazilərdə bu gün sürətli inkişaf müşahidə edilməkdədir”.
Görüşdə iştirak edən namizədlər Hikmət Bagiyev və Tahir Abbasov digər natiqlər kimi, ölkədə gedən abadlıq-quruculuq işlərindən danışıb: “Hər bir insan ölkədə gedən inkişaf prosesinin şahididir. Bir sözlə, Prezident İlham Əliyev hərtərəfli siyasət yürüdərək Azərbaycanı uğurlu zirvələrə daşıyır və bundan sonra da daşıyacaq”.
Sonda kənd sakini Hacı Siyavuş Əliyev çıxış edərək söyləyib ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir: “Bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Ölkədə böyük neft strategiyası həyata keçirilir. Azərbaycan iqtisadi inkişafını sürətləndirərək dünya birinciləri sırasına daxil olub”.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09

