/ / Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
01.05.2015 [10:12]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı ARDNŞ-nin 3 saylı Nəqliyyat Departamenti ilə birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbiri ARDNŞ-nin 3 saylı Nəqliyyat Departamentinin rəisi Nəriman Qurbanov açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Ulu öndər Heydər Əliyev dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: “O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Bu gün isə Ulu öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb”.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov da Ulu öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi 13 ildə Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, müstəqillik qazandıqdan sonra isə Azərbaycan dövlətçiliyinin xilası və müstəqqilliyimizin əbədiliyini təmin etmək üçün reallaşdırdığı qlobal miqyaslı layihələrdən danışıb. Onun sözlərinə görə, Ulu öndərin fəaliyyətinin hər bir sahəsi fundamental tədqiqat mövzusudur: “Hələ Sovet dövründə Azərbaycana uğurla rəhbərlik edən Ümummilli lider Heydər Əliyev respublikanı sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilib. Başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüzillərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb. Ümummilli liderimiz müstəqil dövlətin əsl mənada qurulması, onun iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan sabitlik yaratdı. Ulu öndərin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir”.
3 saylı Nəqliyyat Departamentinin baş mexaniki Fədayət Nağıyev və digərləri də xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarından danışıblar. Vurğulanıb ki, Ulu öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində bu gün Azərbaycan çiçəklənən, qüdrətlənən bir ölkəyə çevrilib.
Tədbirdə, həmçinin, YAP Qaradağ rayon təşkilatının ARDNŞ-nin 3 saylı Nəqliyyat Departamenti ərazi ilk patiya təşkilatı yaradılıb və ilk pariya təşkilatına qoşulan 32 nəfər üzvə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

