YAP Nəsimi rayon təşkilatı “Açıq əyləncəli futbol məktəbi”nə start verib
28.11.2015 [11:17]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə “Açıq əyləncəli futbol məktəbi” layihəsinə start verilib. Rayon ərazisindəki 54 saylı orta məktəbdə təşkil olunan tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, eləcə də 54 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, söz sahibinə çevrilən Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. İdmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, eləcə də yeniyetmə və gənc idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda qazandıqları uğurlar buna əyani sübutdur.
Qeyd olunub ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının məhz Azərbaycana həvalə edilməsi də beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə bu sahədə görülən işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir: “Bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin idman siyasətinin təntənəsidir”.
Diqqətə çatdırılıb ki, ölkədə inkişaf edən idman növlərindən biri də futboldur. Prezident İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoyub.
Dövlətimiz tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsi kimi, onların gələcəkdə fiziki cəhətdən sağlam böyümələri, asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi daim diqqət mərkəzində olub.
Bu diqqət və qayğının tərkib hissəsi olaraq YAP Nəsimi rayon təşkilatı və AFFA Nəsimi rayonu ərazisində yerləşən bir sıra məktəblərin futbol komandalarının iştirakı ilə “Açıq əyləncəli futbol məktəbi” layihəsini həyata keçirir.
Qeyd olunub ki, dünyanın 32 ölkəsində həyata keçirilən “Açıq əyləncəli futbol məktəbi” layihəsi çərçivəsində Nəsimi rayonunda 150-dən artıq məktəbliyə futbol ləvazimatları hədiyyə edilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27

