YAP Abşeron rayon təşkilatı Şurasının iclası keçirilib
12.01.2019 [10:45]
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Şurasının iclası keçirilib.
Tədbirdə YAP Abşeron rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, partiya üzvlərinin qarşısında duran əsas vəzifələr qazanılan uğurları xalqa çatdırmaq, əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.
B.Vəliyev YAP-ın Azərbaycanın və regionun ən güclü və nüfuzlu siyasi təşkilatı olduğunu diqqətə çatdıraraq partiyamızın ötən dövr ərzində çox böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafında birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Vurğulayıb ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir.
Sədr vurğulayıb ki, Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında məsul vəzifələr qoyur.
İclasda çıxış edən YAP Abşeron rayon təşkilatının sədr müavini Könül İbrahimova, təşkilatın Şura üzvü Şahin Tağıyev və digərləri gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər.
İclasa yekun vuran rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Odur ki, rayon təşkilatı, ərazi ilk partiya təşkilatları bu vacib siyasi əhəmiyyət kəsb edən seçkiyə ciddi hazırlaşmalıdırlar.
Sonda Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının 2019-cu ilə dair İş və Tədbirlər planlarının da təsdiq olunması barədə qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
23 İyun 13:25
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43

