YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17.01.2019 [10:14]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədr müavini Lalə Eyyubova açaraq faciə haqqında fikirlərini bildirib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri Elvin İmaməliyev, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, YAP Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova, Zəlimxan kənd orta məktəbinin direktoru Qalib Cəfərov, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Feruz Həsənov və başqaları çıxış edərək 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən söz açıblar.
Bildirilib ki, Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeritdiyi ordu amansız cinayətlər və kütləvi qırğınlar törətdi. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 140 nəfərə yaxın mülki şəxs qətlə yetirildi, 700-dən çox günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi. Sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.
Qanlı 20 Yanvar faciəsindən 29 il ötsə də, həmin gün şəhid olan oğul və qızlarımızın xatirəsi istər respublikamızda, istərsə də xaricdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır. Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində mühüm yerinin və rolunun olduğu vurğulanıb.
Qeyd olunub ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti məhz xalqımızın Ümummilli lideri, həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirib. Ulu öndər Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, kəskin bəyanatla çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham edib.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam hüquqi-siyasi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il martın 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Beləliklə, 20 Yanvar faciəsi məhz Ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini alıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

