Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP tərəfindən 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əli Hüseynlinin seçicilərlə görüşü keçirilib

YAP tərəfindən 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Əli Hüseynlinin seçicilərlə görüşü keçirilib

22.01.2020 [11:01]

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Əli Hüseynli Yevlax rayon Aran qəsəbəsində, Xaldan kəndində və Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda seçiciləri ilə fərdi görüşlər keçirib. Görüşlərdə deputatlığa namizəd Əli Hüseynli ölkəmizdə bütün sahələr üzrə davam etdirilən islahatlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlardan danışıb və bu uğurların davamı üçün parlamentdə Yeni Azərbaycan Partiyasının təmsilçilərinin daha çox olmasının vacibliyini vurğulayıb.
Görüşlərdə iştirak edən seçicilər isə öz növbələrində namizədlərini əmin ediblər ki, daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcək, onun növbəti müddətdə parlamentdə öz vəkilləri olması üçün 9 fevral tarixində seçki məntəqələrinə gedəcəklər.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30