Fəqət Şadlinskaya: Azərbaycan güclü dövlətdir və ölkəmizdə möhkəm sabitlik mövcuddur
17.07.2020 [08:11]
“Hazırda Azərbaycan güclü, beynəlxalq müstəvidə böyük nüfuza sahib olan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illər ərzində möhtəşəm nailiyyətlər əldə edib. Azərbaycan artıq regional deyil, qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifidir. Təbii ki, bu amil işğalçı Ermənistanı narahat etməyə bilməz. Son günlər Ermənistanın törətdiyi təxribatın əsasında duran amillərdən biri də budur”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.
F.Şadlinskaya bildirib ki, Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu işğalçılara layiqli cavab verib, düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib: “Ermənistan ordusunda ruh düşkünlüyü çox yüksəkdir. Zabitlər və əsgərlər döyüşməkdən imtina edib qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılır və həbs edilirlər”.
Rayon təşkilatının sədrinin fikrincə, Ermənistandan fərqli olaraq Azərbaycan xalqında və ordusunda döyüş ruhu çox yüksəkdir: “Döyüşlər başlayandan biz xalqın coşğusunun necə yüksək olduğunu görürük. Ötən günlər ərzində respublikamızın hər bir guşəsində ordumuza dəstək aksiyaları keçirilir, torpaqlarımızın işğaldan azad edilməsi üçün vətəndaşların müraciətlərini eşidirik. Eyni zamanda, şəhidlərin ruhuna böyük ehtiram göstərilir. İyulun 14-də axşam saatlarında Bakı şəhərində dövlətə və orduya dəstək aksiyası keçirildi. Amma kiçik bir qrup təxribat edərək Milli Məclisin binasına daxil olub. Əlbəttə ki, bu hadisə əvvəlcədən düşünülmüş bir təxribat olub, ermənilərin və ermənipərəst dairələrin maraqlarına hesablanıb. Şübhə yoxdur ki, bu təxribatda “beşinci kolon” əsas rol oynayıb. İndiki zamanda vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda, məkrli təxribatçı qrupların dağıdıcılığa istiqamətlənən addımları qəti şəkildə qəbulolunmazdır. Bu, xəyanətdir və öncəliklə şəhidlərimizin müqəddəs ruhuna hörmətsizlikdir. Ona görə də bu cür hallar yolverilməzdir və təxribatçılar cəzalandırılmalıdır”.
F.Şadlinskayanın sözlərinə görə, vəziyyətlə əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat qəbul etməsi çox təqdirəlayiq haldır: “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı yüksək qiymətləndirilməlidir. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları hamıya nümunə olmalı, təxribatçı qüvvələrin və “beşinci kolon”un vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır. Ermənistan və ermənipərəst dairələr bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkəmizdə möhkəm sabitlik mövcuddur. Xalqımız cənab Prezidentin ətrafında sıx birləşib. Bu birliyi heç bir qüvvə poza bilməz!”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32

