/ / Bilman Vəliyev: Son 17 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük nailiyyətlər əldə olunub
Bilman Vəliyev: Son 17 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük nailiyyətlər əldə olunub
29.08.2020 [00:29]
“Təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu böyükdür. Müasir infrastruktur, güclü maddi-texniki təchizat öz növbəsində keyfiyyətli təhsilə yol açır. Bu baxımdan, ölkəmizdəki vəziyyət təqdirəlayiqdir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev deyib.
O bildirib ki, son 17 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə olunub. Bu dövrdə təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib. B.Vəliyevin sözlərinə görə, ötən illər ərzində respublikamızda yüksək səviyyəli təhsil infrastrukturunun yaradılmasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib: “Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Heydər Əliyev Fondu da öz töhfəsini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb. Ulu Öndərimizin adını daşıyan Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir”.
O qeyd edib ki, respublikamızda təhsil infrastrukturunun yenilənməsi çətin pandemiya şəraitində də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 5 may 2020-ci il tarixində imzaladığı “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam buna nümunədir. “Bundan başqa, dövlət başçımız təkcə son vaxtlarda Masallı rayonunun Qızılağac, Balakən rayonunun Yeni Şərif, İsmayıllı rayonunun Sumağallı, Qobustan rayonunun Təklə Mirzəbaba, Qəbələ rayonunun Zarağan, Samux rayonunun Çobanabdallı, Ağcabədi rayonunun Sarıcalı, Tərtər rayonunun Xoruzlu kəndlərində, Gəncə, Şəki şəhərlərində və digər ünvanlarda yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında, eləcə də Mingəçevir şəhərində 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncamlar imzalayıb. Hazırda bəhs olunan sərəncamların icrası istiqamətində intensiv iş aparılır”, - deyə təşkilat sədri söyləyib.
Xəbər lenti
Hamısına baxMüsahibə
23 İyun 13:25
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43

