YAP Qaradağ rayon təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib
18.09.2020 [23:34]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən qaradağlı gənclərlə görüş keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü,millət vəkili Aydın Hüseynov öncə gəncləri təbrik edərək onlara yeni uğurlar arzulayıb.
Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən A.Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanda təhsilin inkişafı prioritet istiqamətlərdən biri hesab olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun olan yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur. Məhz bu səbəbdən də Dünya Bankının son məlumatına görə, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir.
Rayon təşkilatını sədri qeyd edib ki, dünyada pandemiya ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Valideynlərin və müəllimlərin də iştirak etdiyi görüşdə Aydın Hüseynov gənclərin qazandığı uğurlara görə onları da təbrik edərək hər birinə dərin təşəkkürünü bildirib.
Görüşdə çıxış edən gənclər ölkəmizdə gənc nəsil üçün yaradılan geniş və hərtərəfli şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının rolunun son dərəcə böyük olduğunu qeyd edən gənclər dövlətin və partiyanın gənclərə göstərdiyi diqqətə təhsildə qazanacaqları uğurlarla və savadlı mütəxəssis olaraq vətənə layiqli xidmət edəcəkləri ilə cavab verəcəklərini söyləyiblər.
Görüşdə həmçinin, BOSŞELF MMC-nin insan resursları departamentinin rəisi Cavanşir Əliyev, YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova, təşkilatın aparat rəhbəri Ramiz Yusubov, 274 saylı orta məktəbin direktoru Nəriman Mürsəliyev və başqaları gənclərə xoş arzularını çatdırıblar.
Sonda gənclərə hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18

