Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu Öndər Heydər Əliyev Azərbaycanda aqrar sahənin inkişafı üçün müstəsna xidmətlər göstərib

Ulu Öndər Heydər Əliyev Azərbaycanda aqrar sahənin inkişafı üçün müstəsna xidmətlər göstərib

27.04.2021 [08:43]

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Bütün mənalı ömrünü Öz Vətəninin, xalqının tərəqqisi və inkişafına həsr etmiş, yorulmadan Azərbaycanın parlaq gələcəyi naminə çalışmış Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın inkişafı üçün misilsiz xidmətlər göstərən Ümummilli Liderimizin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə yenidən qayıdışından sonra müstəqil dövlətimizin uğurlu gələcəyi təmin olundu. Ulu Öndər Heydər Əliyevin “Xalq Mənə ümid bəsləyir, Mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında həkk olunmuşdur.
Yuxarıda vurğuladığımız kimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın inkişafı üçün misilsiz xidmətlər göstərib. Bu məqamda qeyd etmək yerinə düşər ki, XX əsrin 70-ci illərindən etibarən respublikamızda quruculuq missiyasını cəsarətlə Öz üzərinə götürən böyük tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın intibahı və tərəqqisi, iqtisadiyyat, elm və təhsilin yüksəlişi üçün düşünülmüş siyasət həyata keçirməsi bu dahi şəxsiyyətin Vətəninə və xalqına bağlılığının bariz nümunəsi idi. Onu da bildirmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin respublikada rəhbərlikdə olduğu 1969-1982-ci illərdə Azərbaycan hökumətinin diqqət mərkəzindəki ən ümdə vəzifələrdən biri kənd təsərrüfatının inkişafına qayğının artırılması olmuşdur. Məhz bəhs edilən dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görülmüş və beləliklə də, kənd təsərrüfatının intensiv inkişafı təmin edilmişdi. Muğan-Salyan zonası rayonlarında meliorasiya qurğularının tikintisinin miqyası genişləndirilmişdi. Respublikanın qərb zonasında 60 min hektar sahəni əkin suyu ilə təmin edən Ağstafaçay dəryaçasının inşası başa çatdırılmışdı. Arazboyu zonada suvarma işlərinin inkişafına səmərəli təsir göstərəcək dəryaça-sugötürmə qurğusunun tikintisinə başlanılmışdı.
Həmin vaxt dövlət tərəfindən kənd təsərrüfatına əsaslı vəsait qoyuluşunun əhəmiyyətli dərəcədə artırılması respublikada 18 sənaye xarakterli heyvandarlıq kompleksinin tikilib istifadəyə verilməsinə imkan yaratdı. Bu komplekslərdən 12-si quşçuluq, 3-ü maldarlıq 3-ü isə donuzçuluq kompleksi idi. Şəkidə, Salyanda, Binədə, Ramanada ilk dəfə heyvandarlıq kompleksləri tikilib istifadəyə verildi. Əvvəlki beşilliyə nisbətən iki dəfə çox mineral gübrə anbarları, beş dəfə çox elevatorlar, iki dəfə yarım çox quşçuluq fabrikləri, təqribən səkkiz dəfə çox tərəvəz anbarları, silos qurğuları tikildi. Beş il ərzində Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlərin həcmi 47 faiz artmışdı.Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və inkişaf etdirilən aqrar-sənaye kompleksi Azərbaycanın iqtisadiyyatında əhəmiyyətli sahəyə çevrilməklə keçmiş ittifaq miqyasında da ön sıraya çıxdı. 1984-ci ildə Azərbaycan üzüm istehsalını 1 milyon 126 min tona çatdıraraq SSRİ-də birinci yerə çıxdı. Həmin illər respublikamızda ümumi daxili məhsulun 35-40 faizini aqrar bölmə verirdi ki, onun da 20-25 faizi üzümçülüyün hesabına formalaşırdı.
Eyni zamanda sənaye üsulu əsasında aqrar sahənin inkişafı Azərbaycanda yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm vətəndaşların, həm də respublikamızın iqtisadi, siyasi həyatında təkzibolunmaz nailiyyətlərə yol açdı. Məhz bu səbəbdən ölkəmizin siyasi-iqtisadi tarixində “Heydər Əliyevin torpaq islahatları” modeli qızıl hərflərlə əks olunub. Qəbul edilmiş 150-dən çox qanun, Fərman və digər hüquqi normativ aktlar Azərbaycanda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız Onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlərboyu bütün dünyada qoşa səslənəcəkdir.Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Fərid Dünyamalıyev,
YAP Gənclər Birliyinin üzvü

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31