“Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib
21.10.2021 [19:53]
Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib.
YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın rayon təşkilatlarının fəallarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, bugünkü konfrans Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Sərəncamda da qeyd olunduğu kimi, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də daim xüsusi diqqət yetirib. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunan “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.
Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov isə bildirib ki, əlbəttə, Nizami Gəncəvi Azərbaycanın varlığının simvollarından biridir: “Nizami Gəncəvinin 800 illik yubileyi keçirildikdən sonra dahi şair daha çox tanınmağa başlayıb və o vaxtdan da onun bir Azərbaycan şairi, mütəfəkkiri olması ilə bağlı akademik səviyyələrdə mülahizələr meydana çıxıb. Dünyanın ən böyük şairlərinin yeni dövrə qədər Nizami Gəncəvi yaradıcılığına müraciət etmələri onun ideyalarının böyüklüyünün təqdimatıdır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması Nizaminin dünya şöhrəti ilə yanaşı, həm də dövlətimizin Nizami Gəncəvi irsinə münasibətinin səciyyəvi cəhəti kimi də qeyd olunmalıdır. Ümummili Lider Heydər Əliyevin Nizami yaradıcılığına, şəxsiyyətinə çox böyük dəyər verdiyini söyləyən Nizami Cəfərov dünya azərbaycanlılarının Lideri, prezident İlham Əliyevin də müasir dünyada Nizamini tanıtmağın çox müxtəlif yollarının, üsullarının kəşfi ilə fərqləndiyini söyləyib. Bu mənada qeyd edib ki, Prezidentin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi çox dərin ictimai-siyasi məzmun daşıyır.
Çıxış edən Veteranlar Şurasının üzvü Tahir Məmmədovun sözlərinə görə, Azərbaycan xalqının görkəmli şairi və dahi mütəfəkkiri, böyük söz ustadı Nizami Gəncəvi təkcə Azərbaycan ədəbiyyatını deyil, bütün dünyanın söz xəzinəsini bədii olaraq zənginləşdirib. Şairin əsərlərində obrazı yaradılan, dolğun bədii boyalarla təsvir olunan kərpickəsənlər, daş yonanlar, böyük məqbərələri ərsəyə gətirən memarlar, nəqqaş və sazəndalar, xəttatlar bu gün obrazlı şəkildə qeyd etsək, Azərbaycanın işğaldan azad olunmuş kəndlərində, şəhələrində qızğın quruculuq işləri ilə məşğuldurlar.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının fəalı Ayna Əlixanova Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Nizami Gəncəvin mənəvi zənginliyi hər şeydən üstün tutub. O, özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hislərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami Gəncəvi dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün, eləcə də gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır.
Müzakirə şəklində davam edən videokonfransda partiya fəalları - Elnur Tağıyevin, Gülər Bayramın və Varis Rüstəmovun sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54

