Seçicilər Azərbaycanın tərəqqisinə xidmət edən siyasəti dəstəkləyir
22.10.2010 [11:48]
Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Milli Məclisə namizədi Zabelin Mixail Yurqeviç Korgöz qəsəbəsinin sakinləri ilə görüş keçirib.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti Azərbaycanı böyük inkişaf yoluna çıxarıb: “Nəticədə Azərbaycan bu gün regionun ən inkişaf etməkdə olan ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır”.
Sonra natiq namizəd Mixail Zabelinin həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.
Bildirib ki, Mixail Zabelin hər zaman Vətəni Azərbaycanın maraqlarını sədaqətlə müdafiə edib. O, 1946-cı ildə Bakı şəhərində anadan olub və əmək fəaliyyətinə Azərbaycan Geologiya İdarəsində başlayıb. Mixail Zabelinin qeyri-adi təşkilatçılıq keyfiyyətləri onun keçmiş Lenin rayon partiya komitəsinin, Bakı şəhər partiya komitəsinin təlimatçısı, sonra isə Azərbaycan KP MK-nın təlimatçısı vəzifələrinə irəli sürülməsinə səbəb olub.
Qeyd edilib ki, Mixail Zabelin Azərbaycan KP MK-nın katibi olan Ulu öndər Heydər Əliyevin referenti, Azərbaycan KP MK-nın partiya təşkilatı işi şöbəsinin müfəttişi, Nizami rayon icraiyyə komitəsinin sədri vəzifələrində işləyib.
Aydın Hüseynov deyib ki, Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub: “O, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür”.
Tədbirdə vurğulanıb ki, 1993-cü ildə respublikanın 91 ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanlanan müraciətində Mixail Zabelinin də imzası olub. Mixail Zabelin bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.
Mixail Zabelinin Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdıran Aydın Hüseynov qəsəbə sakinlərini YAP-ın 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi olan Mixail Zabelinə səs verməyə çağırıb.
çıxış edən Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi Mixail Zabelin son illərdə ölkəmizdə aparılan siyasət nəticəsində bütün sahələrdə böyük inkişaf müşahidə olunur. Bu inkişafdan Qaradağ rayonuna da pay düşdüyünü söyləyən namizəd dövlətimizin başçısının hər zaman rayona qayğı ilə yanaşdığını deyib: “ölkə sürətlə inkişaf edir, dəyişir, insanların yaşayışı yüksəlir. Mən inanıram ki, Azərbaycan inkişaf etdikcə, insanların rifahı bundan sonra daha da yüksələcək. Dövlətimizin məqsədi insanları layiqli həyatla təmin etməkdən ibarətdir”.
Mixail Zabelin sonra seçki platforması barədə danışıb.
Mixail Zabelin qəsəbə sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını deyib.
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.
Görüşdən razı qalan qəsəbə sakinləri Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi olan Mixail Zabelinə səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

