Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bundan sonra da böyük uğurlara imza atacağıq

Bundan sonra da böyük uğurlara imza atacağıq

20.07.2022 [17:25]

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan geniş bəhs olundu. Daxili siyasətimizin davamı kimi dəyərləndirilən xarici siyasətimizin uğurları xüsusi diqqət çəkdi. 6 ayın yekunları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən, ən əsası uğurlarımızdan biri Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi qurumun institusional inkişafı istiqamətində atdığı addımlar oldu. “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik” söyləyən dövlət başçısı onu da əlavə etdi ki, önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi.

Ölkəmiz Qoşulmama Hərəkatının Gənclər Qolunun yaradılması təşəbbüsünü də irəli sürərək dəstək qazandı. Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Hər bir təşəbbüs, atılan addımlar Azərbaycanın  məqsəd və məramını ortaya qoymaqla yanaşı, həmin sahədə malik olduğu imkanlara da aydınlıq gətirir. Siyasətində gənclərə diqqət və qayğını, idarəçilikdə irəli çəkilmələrini öndə saxlayan Azərbaycan Qoşulmama Hrəkatının Gənclər Şəbəkəsinin yaradılmasına nail olmaqla hədəflərin müəyyənləşdirilməsində və həyata keçirilməsində gənclərin yeni ideyalarından, müasir dünyagörüşlərinə əsaslanan təkliflərindən bəhrələnmək istəyini nümayiş etdirir.  Hər zaman qeyd olunduğu kimi, gənclər qlobal dünyanın çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini vermək imkanlarına malikdirlər. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq gənclərin bu sahədə də dərin biliklərə malik olduğu xüsusi qeyd edilməlidir. Bütün bunlar öz növbəsində Azərbaycanın idarəçilik sistemində təkmilləşməyə, yeniləşməyə xüsusi önəm verdiyini təsdiqləyir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də ölkəmizin  idarəçilik təcrübəsi təqdir edilir. Azərbaycan daim ilklərə imza atan, innovasiyalar ölkəsi kimi təqdim edilir. Qoşulmama Hərəkatının Gənclər Sammiti bütün bu məqamlara işıq salacaq, gənclərə malik olduqları potensialı ortaya qoymalarına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev müşavirədə onu da bildirdi ki,  Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı  bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirus infeksiyasına qarşı birgə mübarizəyə həsr olunan Zirvə Görüşünün keçirilməsini də qeyd etməliyik. COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsində, bu kontekstdə ehtiyacı olan 80-dən artıq üzv ölkələrə iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsində ölkəmizin rolu böyükdür.

Dövlət başçısı İlham Əliyev müşavirədə tarixi Zəfərimizdən sonra Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha yüksələn xətlə inkişafından da bəhs etdi. Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın   Brüsseldə üç dəfə görüşü keçirilib. Brüssel gündəliyinin müəllifi kimi çıxış edən Azərbaycan keçirilən görüşlərin hər birində irəli sürdüyü  təkliflərin dəstəklənməsinə nail olub. Təbii ki, bu, ölkəmizin artan nüfuzunun, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə dəstəyin göstəricisidir.  Ölkə Prezidenti İlham Əliyevin müşavirədə anonsunu verdiyi enerji təhlükəsizliyi ilə bağlı müvafiq sənəd-Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində imzalandı. Dövlət başçısı İlham Əliv sənədi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gələcək inkişafında yol xəritəsi kimi dəyərləndirdi. Bu əminlik də ifadə edildi ki,  əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub,  bundan sonra da böyük uğurlara imza atacağıq.

Cari ilin 6 ayında Azərbaycanın beynəxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində  Türk Dövlətləri Təşkilatında möhkəmlənın mövqeyini də qeyd etməliyik. “Əlbəttə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir” söyləyən Prezident İlham Əliyev  cari  ildə  Türkiyə Prezidenti ilə üç görüşünün olduğunu,  aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana səfərini də diqqətə çatdırdı. Həmçinin dövlət başçısı İlham Əliyevin iyun ayında  Özbəkistana və Türkmənistana səfərləri oldu. Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən qonşu ölkələrlə əlaqələrini də qeyd etməliyik. Qonşu ölkələrlə əməkdaşlıq hər zaman  prioritet məsələ kimi öndədir. Ən əsası, dövlət maraqlarımız daim əsas götürülür.

Paylaş:
Baxılıb: 103 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31