İşğaldan azad edilmiş ərazilərdə həyat dirçəlir
21.12.2022 [16:02]
Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə "Böyük qayıdış"ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək.
Qısa zaman kəsiyində Zəngilan rayonunda "Ağıllı kənd" layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, o cümlədən Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq. Artıq bir sıra şəhərlərin Baş planlarının hazırlanması prosesi tam şəkildə öz həllini tapıb. Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və bu ictimaiyyətə də təqdim olunub. Bununla yanaşı digər şəhərlərin və qəsəbələrin də Baş planları hazırlanır. Bununla bağlı dövlət başçısının müvafiq qərarı və tapşırıqları var. Təxminən 11 min kvadratkilometr ərazinin dirçəldilməsi günümüzün ən əsas hədəfidir. 30 il ərzində davam etmiş işğal dövründə mənfur düşmən bu ərazilərdəki bütün tikililəri - tarixi, mədəni-dini abidələri, yaşayış binalarını, mülki infrastrukturu tamam dağıdıb, ekologiyamıza ciddi ziyan vurub. Bu ərazilərə həyatı yenidən qaytarmaq üçün hər şeyi yenidən qurmaq lazımdır.
Bu ilin noyabrında imzalanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu mənada mühüm əhəmiyyətə malikdir. Belə ki, 2030-cu ilədək olan strateji mərhələdə Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın ləyaqətli şəkildə təmin olunması ölkəmizin beş mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan işğaldan azad edilmiş ərazilərə üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın Böyük Qayıdışını qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
Vətən müharibəsindəki qələbimiz torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavuzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal atındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Torpaqlarını işğaldan azad edən azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etimək üçün də mühüm addımlar atmaqdadır.
Elnur ƏMİRƏSLANOV
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

