/ / Ordu quruculuğunda aparılan ardıcıl tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini daha da artırır
Ordu quruculuğunda aparılan ardıcıl tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini daha da artırır
19.01.2023 [15:17]
Müstəqil beynəlxalq hərbi araşdırma mərkəzlərinin dəyərləndirmələrinə görə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli, dünyanın ən güclü ordularından biridir. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri bu qüdrətini bütün dünyaya nümayiş etdirdi. Yüksək döyüş hazırlığı, dəmir nizam-intizam, 5-ci nəsil yüksək texnoloji silahlara malik ordumuzun hərbi qulluqçularının vətənpərvərliyi doğma torpaqları düşmən tapdağından geri almaq üçün xüsusi önəm kəsb edirdi.
Məlum olduğu kimi, sovet dövründə ittifaq rəhbərliyi Azərbaycanda hərbi kadrların hazırlanmasına ciddi yanaşmırdı. Həmin dövrdə respublikadan 60 minə yaxın gənc hərbi xidmətə göndərilsə də, onların böyük əksəriyyəti tikinti batalyonlarında xidmət keçirdi. Azərbaycanda milli zabitlərin sayı barmaqla sayılacaq qədər az idi. Milli zabit kadrlarının hazırlanmasına yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra başlandı. Ümummilli Liderimiz azərbaycanlı gənclərin Bakı Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbinə və Bakı Ali Hərbi Dənizçilik Məktəbinə, SSRİ-nin digər hərbi təhsil müəssisələrinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Onun səyləri nəticəsində 1970-ci illərin əvvəllərində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı.
Beləliklə, Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etməzdən 20 il əvvəl Ümummilli Lider Heydər Əliyev milli hərbi kadrların ən yüksək səviyyədə hazırlanması üçün ciddi təməl yaratmışdı. Bu hərbi məktəb Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğu üçün güclü bazaya çevrildi. 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev müasir, güclü Azərbaycan Ordusunun formalaşdırılması üçün yeni mərhələnin başlanğıcını qoydu.
Ümummilli Liderin ordu quruculuğu sahəsində fəaliyyəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hərbi sahəyə büdcədən ayrılan vəsaitlərin kifayət qədər artırılması, müasir silahların alınması, hərbi kadrların peşəkarlığının yüksəldilməsi nəticəsində hazırda Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biridir. Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığının ən parlaq göstəricisi dünyanın hərb tarixinə “XXI əsrin müharibəsi” kimi daxil olmuş 44 günlük Vətən müharibəsində aparılan bənzərsiz hərbi əməliyyatlar və qazanılan tarixi Möhtəşəm Qələbə oldu.
Bu baxımdan, heç kimə sirr deyil ki, Vətən müharibəsində hərbi əməliyyatlar Azərbaycan Ordusunun istər silah-sursat, istərsə də şəxsi heyət baxımından tam üstünlük təşkil etdiyi bir şəraitdə getdiyi üçün uğurla başa çatdı. Pilotsuz uçuş aparatlarından peşəkarlıqla istifadə edilməsi nəticəsində düşmənin hərbi texnikaları, o cümlədən zenit-raket kompleksləri, tankları, zirehli maşınları, eləcə də komanda məntəqələri və çoxlu sayda canlı qüvvəsi məhv edildi.
Ən nəhayət, 2020-ci ilin dekabrın 10-da keçirilən Qələbə Paradı Azərbaycan dövlətinin hərbi-siyasi qüdrətini, əsgər və zabitlərin yenilməz döyüş ruhunu, rəşadətini, Vətənə bağlılığını nümayiş etdirdi.
Bu gün Azərbaycan öz hərbi potensialını gücləndirməkdə davam edir, ordu quruculuğunda aparılan ardıcıl tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini daha da artırır. Çünki hər bir güclü dövlətin, ilk növbədə döyüşə hazır qüdrətli, peşəkar ordusu olmalıdır.
Xalqımız üçün bu gün sevindirici daha bir hal odur ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dövlətin təhlükəsizliyinin dayağı və sabitliyinin təminatçısıdır. Bu səbədən də xalqımız respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi qarşısında baş əyərək qüdrəti bütün dünyaya sübut olunmuş Silahlı Qüvvələrimizlə fəxr edir!
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41

