/ / Macarıstan və Azərbaycan etibarlı tərəfdaşlıq münasibətləri hər iki ölkə üçün yeni perspektivlər açır
Macarıstan və Azərbaycan etibarlı tərəfdaşlıq münasibətləri hər iki ölkə üçün yeni perspektivlər açır
07.02.2023 [20:44]
Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə imzalanmış rəsmi sənədlər və hər iki ölkə rəhbərinin söylədiyi fikirlər ürəkaçan olmaqla bərabər onu deməyə əsas verir ki, iki dost ölkənin inkişaf perspektivləri daha böyük olacaqdır.
Tarixə nəzər salsaq görərik ki, Macarıstan Respublikası ölkəmizin müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. 1994-cü ilin 4-5 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin işgüzar səfəri ilə başlanan yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət və hökumət başçılarının, parlament sədrlərinin və nazirlərin çoxsaylı tərəfdaşlıq görüşləri bu gün də davam edir və strateji əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir.
Bu gün hər iki ölkə arasında iqtisadi münasibətlər, enerji, nəqliyyat-logistika, təhsil, gənclər və digər sahələrdə münasibətlər qarşılıqlı tərəfdaşlıq prinsipinə uyğun artmaqda davam edir. Ölkə rəhbərinin uzun illər ərzində apardığı uğurlu siyasət, birgə atılan addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratmışdır. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsi artıq yenidən canlanmışdır.
Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri vardır. Xarici tələbələri özünə cəlb edən yüksək təhsil verməklə layiqli kadrlar yetişdirən macar universitetləri üçün Azərbaycan ən perspektivli ölkələrdən biri hesab edilir ki, bu da ölkədə kadr potensialının gücləndirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.
Dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb və bu layihənin böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. “Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu- istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarət limanı, dəmir yolları olsun bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var”
Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətlərindəndir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənmişdir. Müharibədən sonrakı iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkərək həlak olub və ya yaralanıb. Ona görə bu sahədə Macarıstan təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar yaranmışdır. Macar şirkətləri işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyət göstərməsi tərəfdaşlığımıza öz töhvəsini verəcəkdir.
Prezident İlham Əliyevin inamlı ifadəsinə əsasən əminliklə deyə bilərik ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.
Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında “Mən son on ildə Prezident İlham Əliyevdən o qədər çox şey öyrənmişəm ki, bunlardan biri də olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etməkdir. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm” deməsi sözün əsil mənasında qürurvericidir və Macarıstan və Azərbaycan etibarlı tərəfdaşlıq münasibətlərinin daha da artacağından xəbər verir.
Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

