Beynəlxalq aləmdə böyük nüfuz sahibi
06.03.2023 [10:56]
Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmizin uğurlu sədrlik fəaliyyəti nəzərə alınaraq üzv ölkələr Azərbaycanın sədrlik müddətinin əlavə bir il uzadılması qərarı qəbul ediblər. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik dövrü Pandemiya ilə eyni bir vaxta düşdü.
COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə ilk çıxış edən də məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının sədri qismində ölkəmiz bir çox mühüm təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərin bir qismi COVID-19-a qarşı mübarizə tədbirlərindən ibarətdir. Bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı da Qoşulmama Hərəkatı olmuşdur. Məhz bu mühüm təşəbbüslərin reallaşması nəticəsində Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilib.
Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın sədrliyi müddətində pandemiyaya qarşı mübarizə tədbirləri haqqında danışarkən qeyd etdi ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Prezident cənab İlham Əliyev çıxışında həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına mühüm töhfələr də verdiyinə diqqət çəkdi. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, iyul ayında isə Gənclər Təşkilatı yaradılmışdır. Şuşa Razılaşması əsasında yaradılan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının daimi katibliyi Bakıda yerləşir.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident cənab İlham Əliyev dünyada mövcud olan ikili standarlar siyasətinə də diqqət çəkdi. Belə ki, müsair dünyada suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Bu baxımdan BMT Təhlükəsizlik Şurası indiki reallığı əks etdirmir və keçmişi xatırladır. Odur ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli və orada daha çox ölkə təmsil olunmalıdır. Öz çıxışında BMT-də islahatların dövrün tələbi olduğuna diqqət çəkən Prezident cənab İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməli və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident cənab İlham Əliyev beynəlxalq əhəmiyyətli müxtəlif məsələlərlə yanaşı bir daha Azərbaycan həqiqətlərini diqqət mərkəzinə gətirdi və ölkəmizin uzun illər Ermənistanın işğalından əziyyət çəkdiyini xatırlatdı. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan öz gücü hesabına artıq bu işğala son qoyub və ərazi bütövlüyü ilə bərabər tarixi ədaləti də bərpa edib.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

