2018-ci ildə də Azərbaycan xalqının seçimi davamlı inkişaf və siyasi sabitlik oldu
07.04.2023 [12:20]
“Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar Prezident seçkilərinin keçirilməsi zəruri idi. Bununla yanaşı, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi. Bu mənada beş il öncə aprel ayının 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın iradəsini əks etdirən Prezident seçkilərinin nəticələrinə əsasən Azərbaycan xalqı görülən işlərə yüksək qiymət, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü baş tutan “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb ki, bu da bir daha seçkilərin xalqın iradəsini əks etdirdiyini göstərib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
O bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub. Bütün bunlar isə xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillərdir: “2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirirdi. Azərbaycan xalqı görülən işlərə səs vermişdi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdü”.
Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsinin, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürü kimi qiymətləndirən Ramil Vəlibəyov əlavə edib ki, 2018-ci ildə keçirilmiş seçkilər bir daha radikalların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığını göstərib: “Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərib. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş olub. 2018-ci ildə Azərbaycan xalqı davamlı inkişafa və siyasi sabitliyə də səs verib. Ötən illər ərzində maaşlar, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən məktəb, xəstəxana binaları tikilib, təmir edilib, bölgələrdə idman infrastrukturu yaradılıb. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf edib, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib, yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf edib. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşüb. Bu dövr ərzində Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib, azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Məhz, xalqın etimadı və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində də 2020-ci ildə Vətən müharibəsində 30 il işğal altında olmuş torpaqlarımız azad edilib”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

