Möhkəm təməl əlaqələrin inkişafında əsas amildir
12.04.2023 [12:20]
Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı diqqətdən kənarda qalmır. Azərbaycan həm Avropa, həm qonşu, həm də Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafına xüsusi diqqət göstərir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri baş tutdu. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf etdi. Dövlət başçısı İlham Əliyev mətbuata birgə bəyanatda qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını önə çəkərək hər iki Prezidentin qarşılıqlı 3 rəsmi səfərinin münasibətlərin dinamikasına dəlalət etdiyini vurğuladı. Belə bir əminlik ifadə edildi ki, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq.
Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə verəcək. Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində ayrı-ayrı sahələr üzrə ölkələrimiz arasında əlaqələrin dünəninə nəzər salaraq perspektivlər müzakirə edildi. Cənab İlham Əliyev mətbuta birgə bəyanatda bu məqama diqqət yönəltdi ki, Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq: “Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.”
Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Təbii ki, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Cənab İlham Əliyevin təkcə bu səfəri çərçivəsində müxtəlif strukturlar arasında çoxsaylı sənədlər imzalanıb. Hər bir sənəd konkret bir sahənin inkişafına xidmət edir ki, bunların ümumiləşdirilmiş ifadəsi münasibətlərin hərtərəfli inkişafıdır. İki dost ölkənin münasibətləri möhkəm təmələ əsaslanır, Ulu öndər Heydər Əliyevin bu əlaqələrin möhkəm təməlinin yaradılmasında rolu böyükdür. “Tacikistanda, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur. Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək. biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Emoməli Rəhmonun qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib.
Azərbaycanın regionda lider olmasını nəzərə alsaq, o zaman ölkəmizin Tacikistan üçün də böyük maraq kəsb etdiyi şübhəsizdir. İmzalanan sənədlər iki ölkə arasında sağlam təməllər üzərində qurulan münasibətləri daha da möhkəmləndirəcək.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04

