Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bayraq yandırılması Ermənistanın  nə qədər cılız, aciz dövlət olduğunun sübutudur

Bayraq yandırılması Ermənistanın  nə qədər cılız, aciz dövlət olduğunun sübutudur

25.04.2023 [11:18]

Prezident İlham Əliyev cari ilin aprel ayının 18-də Salyan rayonuna səfər etmişdir. Səfər çərçivəsində Salyan rayonunda yeni yaradılan komplekslərin açılışını etmiş və Azərbaycan televiziyasına müsahibə verərək, bir çox aktual məsələlərə toxunmuşdur. Cənab Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafını nəzərdə tutan və ötən müddət ərzində uğurla icra edilən dövlət proqramlarından bəhs edərək gələcəkdə həyata keçirilməsi planlaşdırılan islahatlardan da ətraflı söhbət açıb. Həmçinin Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin hazırkı vəziyyəti, postmüharibə dövründə Ermənistanın sülhdən yayınan davranışları ilə bağlı səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir.

44 günlük müharibə zamanı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğala son qoydu, regionu separatizmdən təmizlədi, terrorçulara layiq olduqları cəzanı verdi. Beləliklə, dövlətimiz tərəfindən keyfiyyətcə yeni mərhələnin, yeni reallıqlar kontekstində sürətli inkişaf və quruculuq dövrünün təməli atıldı. Ən əsası, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, uzun illər ərzində atılmış strateji addımlar qələbəmizi şərtləndirməklə bərabər post-konflikt dövründə Azərbaycanın zəruri həmlələri yerinə yetirə bilməsi üçün dövlətimizin iqtisadi qüdrətini də artırdı.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan     bayrağının yandırılması Ermənistanın  nə qədər cılız, aciz dövlət olduğunun sübutudur.Bayrağımıza  qarşı törədilən vandalizm aktının real səbəbləri Ermənistanın             Azərbaycanın artan nüfuzunu və söz sahibi olmasını qəbul edə bilməməsidir.  Prezident İlham Əliyev müsahibə zamanı bu mövzuya toxunaraq bildirmişdir ki, "Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar

Dövlət başçımız bildirib ki, həmin adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Bu onu göstərir ki, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində İrəvanda ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medal qazanan türk idmançılar Cansu Bektaşın və Qəmzə Altunun öz qələbələrini Azərbaycana həsr etməsindən də söz açıb.

“Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin və onlar bizim qonağımız olsunlar. Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar. 

Mən bir daha bizim gözəl qızlarımızı təbrik etmək istəyirəm. Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkcə idman tarixində yox, bütövlükdə dünya siyasət tarixində, Türk dünyasının tarixində. Hər birimiz - Türk dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur”

İstənilən ölkə keçirdiyi beynəlxalq idman yarışlarına evsahibliyi etməklə yanaşı, həm də dəvət etdiyi ölkələrə, onun idmançılarına qarşı qayğı və hörmətlə yanaşmalıdır. Hələ "Bakı - 2015" I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan erməni əsilli idmançı Qevorq Manukyanın mükafatlandırma zamanı azarkeşlər  tərəfindən fitə basmasına Prezident İlham Əliyevin bir jesti hamının yadındadır. Dövlət başçısının bir işarəsi ilə azarkeşlərin fiti alqışlarla əvəz olundu.  Bəli, əsl göstərici və xalqın öz rəhbərinə inamı budur. Bu yarışda dünya Prezident İlham Əliyevin ölkəsində olan idmançıya milliyyətindən, kimliyindən asılı olmayaraq verdiyi dəyərin şahidi oldu. Eyni zamanda,  xalqın öz rəhbərinə olan inamını gördü.

Varis Rüstəmov,

Yeni Azərbyacan Partiyası Sabirabad rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 410 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31