Ümummilli Liderin milli iqtisadiyyat strategiyası uğurla davam etdirilir
27.04.2023 [11:37]
Nurəddin İbrahimov
YAP Gəncə şəhər təşkilatının sədr müavini, Siyasi elimlər üzrə fəlsəfə doktoru
Müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət, dövlət xadimi Heydər Əliyevin gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər bu gün ölkəmizin bütün sahələrinin, o cümlədən iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.
Ulu Öndər Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının milli mövcudluğunu qoruyub, xilaskarlıq missiyasını öz üzərinə götürüb, respublikamızın milli iqtisadiyyatının yüksəlməsinə nail olub. Ölkəyə rəhbərlik etdiyi ilk gündən Ümummilli Lider yüksək işgüzarlığı və idarəetmə bacarığı sayəsində respublikanın iqtisadiyyatını ön sıralara çıxarmağı bacarıb. Dahi şəxsiyyət o illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim… Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
1994-cü il fevralın 9-da Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə görüşdə Ulu Öndər Heydər Əliyev çıxışında qeyd edib ki, iqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur.
Tanınmış siyasi xadim Heydər Əliyevin məqsədyönlü siyasəti sayəsində əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq etdi.
Ölkə əhəmiyyətli nailiyyətlərindən olan Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi.
“Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir.” – deyən müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti ölkəmizi iqtisadi, siyasi və mənəvi sahələrdə uğurlu nəticələr əldə etməyə imkan yaratdı. Ümummilli Liderin layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən Müstəqil Azərbaycan bu gün beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider dövləti kimi qəbul olunur. Bu da onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu, ölkə iqtisadiyyatının bütün sahələri bundan sonra da uğurla davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

