Azərbaycan Ulu Öndərin siyasi kursuna sadiq qalaraq gələcəyə doğru inamla addımlayır
02.05.2023 [11:38]
May ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Məlum olduğu kimi, bu tarixi olayla əlaqədar olaraq, Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Sözügedən Sərəncamda vurğulanır ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır: “Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Müstəqil Azərbaycan dövləti yarandığı gündən indiyədək qazandığı uğurlar heç şübhəsiz Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır... Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir”.
Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Belə ki, XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni və çoxşaxəli fəaliyyət dövrü başlandı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla Azərbaycanın tarixində böyük dönüş yarandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin tarixi əhəmiyyəti ondan ibarət idi ki, həmin dövrdə xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Ötən əsrin 70-ci illərindən etibarən görülən işlər Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsinə daxil olması demək idi. Həmin vaxtdan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Bunun nəticəsi idi ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunanda, Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.
1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndərin sayəsində Azərbaycan qurtuluş mərhələsinə qədəm qoydu. Çünki nə qədər ağır problemləri olsa da, Azərbaycan xalqının başında qüdrətli bir siyasətçi dururdu. Ümummilli Liderin xalqımız, tariximiz qarşısında ən böyük xidməti məkrli düşmənin torpaqlarımıza yiyələnmək istədiyi, ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Ulu Öndərin Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanma təhlükəsindən qurtarması idi. Bununla yanaşı, Azərbaycan dövlətçiliyi Prezident Heydər Əliyevin qətiyyəti ilə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm tarixi xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edilməsi və Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsindən sonrakı proseslər göstərdi ki, YAP-ın yaranması tarixi zərurət idi. Yeni Azərbaycan Partiyası həmin dövrdə Azərbaycanı düçar olduğu xaos və anarxiyadan xilas etmək, ölkədə sabitlik və inkişafın yaradılmasını təmin etmək üçün xalqımızı milli maraqlar ətrafında birləşdirməyi bacardı. Partiya xilaskar bir missiya üçün yarandı və sonrakı dövrdə Azərbaycanı inkişaf yoluna çıxararaq parlaq gələcəyə apardı. YAP-ın yaradılması, eyni zamanda müstəqil Azərbaycanın siyasi sisteminin əsasının qoyulması demək idi.
Ulu Öndər Heydər Əliyevin sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri baş tutdu. Ümummilli Lider zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Həmin dövrdə atılan daha bir mühüm addıma gəlincə, Azərbaycan Respublikasını şimaldan və cənubdan blokadaya alan, xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq-Qərb dəhlizinin açılması dı. Ulu Öndər Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün məharətlə istifadə etdi. Böyük İpək Yolunun bərpası Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir.
Hazırda Ulu Öndərin vaxtilə işləyib hazırladığı və tutduğu düzgün siyasi kursun bəhrəsini görürük. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi nüfuz qazanıb. Ölkədə mövcud olan sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək, atdığı qətiyyətli addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirib. Dünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir müstəqil Azərbaycan XXI yüzillikdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni uğurlara imza atır.
Qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib, davamlı inkişaf yoluna çıxarmışdısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirdi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı.
Beləliklə, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhədə qazandığı tarixi qalibiyyət siyasət masasında qazanılan qələbə ilə möhürləndi. Tarixi Zəfərimizdən sonra bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq-bərpa işlərində də yenə Ulu Öndərin izini, ruhunu görürük. Çünki bu gün Heydər Əliyev irsi Azərbaycanda aparılan möhtəşəm quruculuq işlərində yaşayır. Müstəqil Azərbaycan dövləti bu gün Ulu Öndərin ideyalarına və siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

