Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

YAP Nərimanov rayon təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14.06.2023 [16:12]

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı, Elm və Təhsil Nazirliyi nəznində Gənclərin Respublika Bədii Yaradıcılıq Evi Publik Hüquqi Şəxsi və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxananın birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində 15 iyun Milli Qurtuluş Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib.

Tədbirdən öncə YAP Nərimanov rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ardınca ulu öndər Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışını zəruri edən tarixi faktları özündə əks etdirən qısametrajlı film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tədbir iştirakçılarını Azərbaycan xalqının və dövlətinin taleyində mühüm əhəmiyyətə malik olan Qurtuluş Bayramı münasibətilə təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan geniş bəhs edib.

Tədbirdə 2-ci çağırış Milli Məclisin deputatı olmuş, hazırda Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Musa Musayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleciinin tarix müəllimi, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dissertantı, YAP-ın fəal üzvü Rasim Rzaxanov nitq söyləyərək bildiriblər ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığı vurğulanıb. Qeyd edilib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin idarəçiliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Tədbirin davamında YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştiraka görə bir qrup şəxslərə fəxri fərmanlar, könüllü gənclərə sertifikatlar, partiyaya yeni üzv olmuş şəxslərə isə partiya üzvlük vəsiqələri təqdim olunub.

Sonra tədbirdə Elm və Təhsil Nazirliyi nəznində Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31