Hədəflər zamanında reallığa çevrilir
14.07.2023 [17:43]
Tarixi Zəfərimizdən sonra müəyyənləşdirilən əsas prioritetlərdən biri işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması və bərpası, tezliklə Böyük Qayıdışı gerçəkləşdirməkdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə start verən Azərbaycan dünya hərb tarixində ilkə imza atdı. Müharibədən sonra bərpa işlərinə start vermək mümkünsüzdür. Amma Azərbaycan bu sahədə də nümunə olduğunu təsdiqlədi. Ötən illər ərzində Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə yanaşı, postmünaqişə dövrünün reallıqları barədə də düşünmüşdür. Bərpa işlərinə hazırlıq bugünkü reallıqlarda öz təsdiqini tapır. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün həmin ərazilərdə misli görünməmiş meqalayihələr icra edilir. Bu möhtəşəm prosesin unikallığı həm də ondan ibarətdir ki, quruculuq-abadlıq işləri minalanmış ərazilərin təmizlənməsi kimi həm təhlükəli, həm də sonsuz dərəcədə vacib bir fəaliyyətlə paralel aparılır. Mənfur düşmən 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda apardıqları minalama hələ də minlərlə vətəndaşımızın həyatını təhlükədə qoymaqdadır. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, bərpa işlərini genişləndirmək məqsədilə həmin ərazilərin minalardan təmizləmə işləri isə sürətlə davam etdirilir. Bütün bu genişmiqyaslı işlər, o cümlədən Böyük Qayıdış Azərbaycanın öz daxili maliyyə mənbələri hesabına reallaşdırılır. İşğal müddətində Qarabağda və Şərqi Zəngəzurda nəinki bütün infrastruktur tamamilə dağıdılıb, həmçinin ətraf mühit ciddi zərər görüb. Bu mənada həm infrastrukturun yenidən qurulmasına, həm də ətraf mühitin bərpasına, yaşıllıqların, meşə massivinin salınmasına, çayların təmizlənməsinə də ehtiyac var və bu istiqamətdə də intensiv işlər görülür. Dövlət başçısı İlham Əliyev bildirdi ki, yaşayış evlərinin inşası sürətlə gedir: “Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.” Ermənilərin yerlə-yeksan etdiyi torpaqlarımızın bərpası, yolların, tunellərin, beynəlxalq hava limanlarının inşası və digər kommunikasiya sistemlərinin, bütün infrastrukturların yaradılması Şərqi Zəngəzur və Qarabağa yenidən həyatın qayıdacağına, Böyük Qayıdışın reallaşacağına, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış soydaşlarımızın tezliklə öz doğma ata-baba yurdlarına qovuşacaqlarına və firavan yaşayacaqlarına inam hissini daha da artırır. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur: “Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik.” Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hər bir hədəfə zamanında nail olmağa stimul verir. Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün aktualllığını qoruyur. Dövlət başçısı İlham Əliyevin bərpa-quruculuq işlərinə start verildiyi ilk gündən əsas diqqət göstərdiyi məsələlərdən biri bu prosesin sürətləndirilməsinə xidmət edən Fərman və sərəncamların imzalanmasıdır. Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq, dogma yurd-yuvalarına qayıdacaq soydaşlarımız bu ərazilərdə canlanma yaradacaq, onların malik olduğu potensialdan səmərəli istifadə etməklə ölkəmizin hərtərəfli inkişafına dəstək olacaqlar.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

