YAP Qazax rayon təşkilatının 30 illik yubileyi qeyd olunub
24.07.2023 [16:22]
24 iyul 2023-cü il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək Dahi Rəhbərə olan dərin hörmət və ehtiramlarını bildirdlər.
Tədbir Dövlət Himninin səsləndirililməsi ilə başladı. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan ətraflı danışdı. A.Nəbiyev YAP Qazax rayon təşkilatının yaranma tarixindən, mövcud durumundan, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etdi və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin düşdüyü acınacaqlı durumu, mövcud özbaşınalıqları, xaos və anarxiyanı bir daha xatırladaraq, o dövrdə nicat yolunun ancaq və ancaq Ulu Öndər Heydər Əliyevdə olduğunu xüsusi vurğuladı. Rayon İcra Hakimiyyətinin Başçısı məhz, həmin dövrdə “Məşhur 91-lər” adlanan bir qrup ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciət etdiyini, çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının yarandığını qeyd etdi. Rayon İcra Hakimiyyətinin Başçısı Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs etdi və tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etdi.
Daha sonra partiya veteranlarından Həmid Pənahov, Bəsti Ələkbərova, Nəsibə Tağıyeva, neftçi - şair Zaməddin Ziyadoğlu, gənc partiya üzvü Fəridə Xuduyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik etdilər və onlara uğurlar arzuladılar.
Tədbirdə Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi, yüksək siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olundu.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

