Hər bir mesaj ölkəmizin ədalət və beynəlxalq hüququn yanında olmasından xəbər verir
07.08.2023 [12:23]
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi zamanı səslənmiş olan firkirlər, verilən mesajlar, indiki reallıq və qarşıdakı dövr üçün mühüm önəm kəsb edir. Sözsüz ki, bu telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi, dövlətimizin Başçısının fikirlərinə mühüm önəm verməsi, Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyinin göstəricisidir. Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə indiki müstəviyə yüksəlib və özünün milli maraqlarını ən yüksək səviyyədə təmin edən bir ölkəyə çevrilib. Eyni zamanda, Azərbaycan Prezidentinin iyulun 22-də Şuşada, Milli Mətbuat günündə “Euronews” televiziyasına müsahibə verməsi mühüm tarixi mənaya malikdir. Ölkə başçımız həm 44 günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə dünyanın aparıcı televiziya kanallarına çoxsaylı müsahibələr vermişdir. Prezident İlham Əliyev öz müsahibələrində həmişə Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən ədalətli mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bütün bunlar isə Ermənistanın ölkəmizə qarşı apardığı saxta informasiya təbliğatının qarşısının alınmasında çox önəmli rol oynayır. Azərbaycan haqlı tərəfdir və haqq səsimiz də dövlət başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə Ermənistandakı ermənilərə önəmli mesaj verdi: “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”.Onlar ya reinteqrasiya olmalı, ya da Prezidentimizin qeyd etdiyi kimi əraziləri tərk etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir. Prezidentimizin bu çıxışı Ermənistan hakimiyyətini növbəti dəfə ifşa edərək yalanlar üzərində qurulmasını faktlarla ortaya qoydu. Və bir daha dünya ictimaiyyəti şahid oldu ki, Ermənistan dövlətinin illər ərzində ölkəmizə qarşı həyata keçirdiyi terror və vandalizm siyasətinə, Azərbaycan tərəfi sülhlə cavab verir. Sülh sazişinin imzalanması isə ən çox məhz Ermənistana lazımdır. Çünki hazırda Ermənistan dərin və hərtərəfli böhran içərisində çabalayır və beynəlxalq aləmdə rəzil vəziyyətdədir. Ermənistan sülhə yox deməklə özünü bir dövlət olaraq məhv olmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyur. Prezident İlham Əliyev sülh prosesinin şərtlərinə toxunaraq qeyd etdi ki, mövcud prosesin kimin tərəfindən aparılmasının bizim üçün böyük fərqi yoxdur. Əlbətdə məkanın, zamanın ümumiyyətlə heç bir amilin bizə fərqi və təsiri yoxdur. Çünki məqsədimiz və istəyimiz birdir: regionda sülhün təmin olunması.
Dövlət başçısı müsahibəsində “Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur… Biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq” söyləməklə əsas hədəfin məhz sülh müqaviləsinin imzalanması olduğunu açıqladı. Azərbaycanın sülh təklifi zəiflik anlamına gəlməməlidir. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik.
Dövlət başçısı cənab İlham Əliyevin hər bir çağırışı,mesajı Azərbaycanın siyasətində müstəqil olduğunu və ölkəmizin daim ədalət və beynəlxalq hüququn yanında olmasından xəbər verir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

