Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi
04.12.2023 [13:13]
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. 1990-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisinin qeyri-qanuni məkunlaşdırılması ermənilərin “Böyük Ermənistan” mifini reallaşdırmaq üçün Cənubi Qafqazda demoqrafik dəyişikliklər etmək istiqamətində uzun sürən cəhdlərinin bağşlanğıcı deyil davamı idi. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Azərbaycan xalqına dəymiş maddi-mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir.
Azərbaycan uzun illər beynəlxalq tədbirlərdə Qarabağın tarixi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmış və apardığımız siyasi-diplomatik səylər öz bəhrəsini vermişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar bizim haqq işimizi dəstəkləmiş və beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaranmışdır. Lakin son illər dünyada gedən proseslər onu göstərdi ki, beynəlxalq hüquq kobudcasına pozulur, bəzi ölkələr güc tətbiq edərək, öz məqsədlərinə çatırlar. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçınılmaz idi.
2020-ci ilin sentyabrın 27-də kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı və mülki şəxslər, hərbiçilər arasında itkilərimiz oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan əsgərinə işğal altında olan torpaqlarımızın azad edilməsi və işğala son qoyulması haqqında əmr verdi. Azərbaycan cəmi 44 gün ərzində öz gücünə tarixi ədaləti bərpa etdi. Baxmayaraq ki, Dağlıq Qarabağın ərazisinin coğrai relyefi düşmən üçün daha əlverişli idi, lakin əsgər və zabitlərimiz qəhrəmanlıq, şücaət göstərərək, şərəfli missiyanı yerinə yetirdilər və torpaqlarımız düşmən tapdağından azad olundu. Cəbrayıl, Füzuli, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi döyüş meydanında düşməndən təmizləndi və müqəddəs şanlı Azərbaycan bayrağı orada dalğalandırıldı. Noyabrın 8-də Şuşa şəhəri düşməndən azad edildi və bununla da Ermənistan təslim olmağa məcbur edildi. Şuşanın azad edilməsi olduqca mühüm tarixi hadisə idi. Qəhrəman övladlarımız Şuşanı dağlardan, dərələrdən, qayalardan keçərək, əlbəyaxa döyüşdə azad etdilər. Şuşanın 30 ilə yaxın hərbi-siyasi əsarətdən xilas edilməsi ayrıca qəhrəmanlıq dastanıdır. Daha sonra daha 70 kənd azad edildi və Ermənistan ağ bayraq qaldıraraq, diz şökdü. Beləliklə, biz Ermənistanı döyüş meydanında məhv etdik. Uzun illər dillər əzbəri olan güclü Ermənistan ordusu haqqındakı mif darmadağın edildi. Noyabrın 10-da Ermənistan məcbur qalaraq, kapitulyasiya aktına imza atdı. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
2020-ci ilin dekabr ayının 10-da “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Qələbə paradında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri, həmçinin diplomatik korpusların nümayəndəlikləri də iştirak ediblər. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də paradda nümayiş etdirildi.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi deyən cənab Prezident bildirdi ki, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Həqiqətən də onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Bu gün Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası və canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Bütün bunlarla yanaşı Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə də uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

