Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

22.12.2021 [10:18]

22.12.2003

Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tasin Cəmili qəbul edib.

22.12.2005

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadəni və bir qrup din xadimini;

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilini qəbul edib.

Azərbaycan Respublikası Dövlət Arxivləri əməkdaşlarına “Əməkdar Mədəniyyət işçısi” fəxri adının verilməsi;

 “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb..

Yaponiyanın İmperatoru Akihitoya

Yaponiyanın Baş naziri Dzünitiro Koidzumiyə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında əsasnamənin təsdiq edilməsi barədə Fərman imzalayıb.

22.12.2006

Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində yerləşən yeraltı piyada keçidin;

Səməd Vurğun və Nizami küçələrinin kəsişməsində yerləşən yeraltı keçidin;

Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, Nəqliyyat Nazirliyinin yaxınlığında tikilmiş yol qovşağının – körpünün;

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qovşağının-körpünün açılışında iştirak edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohalı;

“Exo Moskvı” radiosuna müsahibə verib.

“RİA Novosti” agentliyinin baş direktoru Svetlana Mironyuku;

Rusiya Federasiyasının daxili işlər naziri Rəşid Nurqaliyevi qəbul edib.

qəbul etmişdir.

Türkmənistan prezidentinin vəzifəsini müvəqqəti icra edən Qurbanqulı Berdıməhəmmədova başsağlığı;

Yaponiyanın İmperatoru Akihitoya;

Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.

Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.

22.12.2007

Yaponiyanın İmperatoru Akihitoya;

Yaponiyanın Baş naziri Yasuo Fukudaya təbrik məktubu ünvanlayıb.

22.12.2008

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Hasan İğsızın başçılıq etdiyi nümayəndə heyətini;

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib.

Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər;

2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

22.12.2009

Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimində iştirak edib.

Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

Dünya azərbaycanlılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Şəmkir rayonunda Əliyaqublu kənd inzibati ərazi dairəsinin yaradılması;

“Məhkəmə qərarlarının icrası haqqında” Qanunda dəyişiklik edilməsi;

“Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklik edilməsi;

Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi;

“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi;

Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi;

2010-cu il üçün yaşayış minimumu;

Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi;

“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə azərbaycan respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi;

Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi;

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik və əlavələr edilməsi;

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik və əlavə edilməsi haqda Qanun;

“Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu;

İdman mütəxəssislərinə fəxri adların verilməsi;

V.C.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

22.12.2010

Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

İstanbulda, “Çırağan” sarayında Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayeva;

İstanbulda Türkiyə Prezidenti Abdullah Güllə görüşüb.

22.12.2011

Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

Yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirib.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yanyanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində iştirak edib.

 “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Müdafiə Nazirliyi arasında Çin tərəfindən Azərbaycana göstərilən təmənnasız hərbi yardımın reallaşdırılması haqqında Sazişlərə Əlavə Protokol”un təsdiq edilməsi;

 “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi;

 “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və cinayətkarlıqla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi;

 “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi;

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ekvador Respublikasının Xarici İşlər, Ticarət və İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi;

Azərbaycan Respublikası və Avstriya Respublikası arasında 2011-ci il oktyabrın 12-də Bakı şəhərində imzalanmış sənədlər;

Azərbaycan Respublikası Hökuməti ilə Dağıstan Respublikası, Qaraçay-Çərkəs Respublikası və İnquşetiya Respublikası (Rusiya Federasiyası) hökumətləri arasında 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış sazişlər;

“Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol diyarının Nevinnomıssk şəhər (Rusiya Federasiyası) Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında Saziş”in təsdiq edilməsi;

 “Azərbaycan Respublikası Hökuməti və Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman;

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyətinin təmin edilməsi;

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında Sərəncam imzalayıb.

22.12.2012

“Rossiya-24” telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə verib.

Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

22.12.2014

Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi;

2015-ci il üçün ehtiyac meyarının həddi;

2015-ci il üçün yaşayış minimumu;

2015-ci il dövlət büdcəsi haqqında Qanun;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər;

Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb.

Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

22.12.2015

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək, geniş tərkibdə görüş keçirib, Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimində iştirak edib.

Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi;

"Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Sərəncam;

“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanun imzalayıb.

22.12.2016

BP şirkətinin prezidenti Robert Dadlini;

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekovu qəbul edib.

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə Fərman;

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun imzalayıb.

22.12.2017

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni;

Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi;

“Telekommunikasiya haqqında” Qanunda;

“Kütləvi informasiya vasitələri haqqında” Qanunda;

Vergi Məcəlləsində;

“Dövlət borcu haqqında” Qanunda;

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda;

“Notariat haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanun;

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması;

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanda dəyişiklik edilməsi;

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman;

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər;

E.B.Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi;

Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Yaponiyanın İmperatoru Akihitoya;

Çili Respublikasının yeni seçilmiş Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

22.12.2018

2019-cu il dövlət büdcəsi haqqında Qanun imzalayıb.

22.12.2020

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Paylaş
Baxılıb: 148 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31