Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

25.12.2021 [01:10]

25.12.2003

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin məzarını ziyarət etmişdir.

Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxıl olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Şenq Li Oylfild Şenq Da Qrup Kompani və ARDNŞ-nın ortaq neft şirkəti arasında Sazişın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi;

"Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın dəyişdirilməsi haqqında protokola və "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada) qoşulmaq;

"Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasına qoşulmaq;

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin (AJ-US-01) təsdiq edilməsi;

"Beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasına (Tır Konvensiyası) düzəlişlərin təsdiq edilməsi;

"Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında" Konvensiyanın təsdiq edilməsı;

"Antidopinq Konvensiyasına əlavə Protokol"un təsdiq edilməsi;

"Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında" Protokola qoşulmaq;

"Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında" Konvensiyaya qoşulmaq;

"Nüvə materialının fiziki mühafizəsı haqqında" Konvensiyaya qoşulmaq;

"Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında" Konvensiyaya qoşulmaq;

"Azərbaycan Respublikası ilə Beynəlxalq İnkışaf üzrə OPEC Fondu arasında investisiyanın təşviqi və qorunması haqqında" Sazişin təsdiq edilməsi;

"Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Sazişə əlavə Protokol"un təsdiq edilməsi;

"Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında Şərq-Qərb enerji dəhlizinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Protokolun təsdiq edilməsi;

"Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında" Sazişin təsdiq edilməsi;

"Azərbaycan Respublikası Hökumətı və Avstriya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi;

"Yeni bitki sortlarının mühafizəsi haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq;

"Azərbaycan Respublikası Hökumətı və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında onların müvafiq əraziləri arasında və bu ərazilərın hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında" Sazişın təsdiq edilməsi;

"Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında" Konvensiyaya qoşulmaq;

"Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında Sazişin (2001-2002)" təsdiq edilməsi barədə;

"Terrorizmin qarşısının alınması haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi;

"Şimali Atlantika Müqaviləsinin iştirakçısı olan dövlətlər və sülh naminə tərəfdaşlıqda iştirak edən dövlətlər arasında silahlı qüvvələrin statusu haqqında" Sazişə dair növbətı əlavə protokolun təsdiq edilməsi;

"Azərbaycan Respublikası ilə NATO maddi-texniki təchizat və yardım təşkilatı (NMTTYT) arasında maddi-texniki təchizata dəstəyə dair əməkdaşlıq üzrə Anlaşma Memorandumu"nun təsdiq edilməsi;

"Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabinetı arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişın;

"Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi;

"Azərbaycan Respublikası ilə Rumıniya arasında gəlirlərə və əmlaka görə vergilərə münasıbətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi;

"Qara Dənız İqtısadi Əməkdaşlıq Təşkilatının iştirakçısı olan dövlətlərın hökumətləri arasında cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizədə əməkdaşlıq haqqında" Sazişə dair əlavə Protokola qoşulmaq barədə Qanun imzalayıb.

25.12.2006

Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul edib.

Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi;

Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi;

F.G.Cavadova “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adının verilməsi;

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

25.12.2007

İsgəndəriyyə kitabxanasının direktoru, Misir Prezidentinin elm və təhsil üzrə müşaviri İsmayıl Serageldini;

İordaniya Kralının Orta Asiya və Azərbaycan üzrə xüsusi elçisi Abdullah Vureykəti qəbul edib.

Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

K.B.Hüseynovanın “Tərəqqi” medalı ilə təltif edilməsi;

Y.İ.Qədimova “Azərbaycan Respublikasının Əməkdar memarı” fəxri adının verilməsi;

Ə.İ.Xəlilova “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adının verilməsi haqqında Sərəncam;

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında Fərman imzalayıb.

Şuşa Mədəni-Maarif Texnikumunun kollektivinə;

Sloveniya Respublikasının Prezidenti Danilo Tyurka;

Koreya Respublikasının Prezidenti Li Men Baka;

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb.

Dünya azərbaycanlılarını 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

25.12.2008

Mərkəzi gömrük hospitalının açılış mərasimdə;

Heydər Əliyev, Xətai və Babək prospektlərinin kəsişməsindəki körpü-tunel kompleksinin növbəti hissələrinin açılışında;

Heydər Əliyev prospektində tunel yolun və yeraltı piyada keçidinin açılışında;

Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra açılışında;

Heydər Əliyev adına beynəlxalq hava limanı – Əzizbəyov dairəsi avtomobil yolunun açılışında iştirak edib.

Dünya azərbaycanlılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

25.12.2009

Hövsan aerasiya stansiyasının açılışında iştirak edib.

2009-cu ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak edib, idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatları təqdim edib.

Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib.

Xalq artisti Əminə Dilbaziyə;

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XI Qurultayının iştirakçılarına təbrik məktubu ünıanlayıb.

Azərbaycan Respublikası Dövlət Neft fondunun 2010-cu il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər;

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam;

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə Fərman imzalayıb.

25.12.2012

Dünya azərbaycanlılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

25.12.2013

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dünya azərbaycanlılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”;

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun;

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi;

İ.A.Ələkbərova general-leytenant hərbi rütbəsinin verilməsi;

A.İ.Yusifova general-mayor hərbi rütbəsinin verilməsi;

M.Ə.Vəliyevə general-leytenant hərbi rütbəsinin verilməsi;

B.H.Eyyubova general-polkovnik hərbi rütbəsinin verilməsi;

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Sərəncam imzalayıb.

25.12.2014

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Tunis Respublikasının yeni seçilmiş Prezidenti Beji Kaid əs-Sebsiyə;

Yaponiyanın Baş naziri Zati-aliləri cənab Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.

25.12.2015

Xəzər rayonunda 110 kilovoltluq “Buzovna-2”, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.

25.12.2016

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

25.12.2017

Xalq Artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya azərbaycanlılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

F.Ş.Bədəlbəylinin “İstiqlal” ordeni ilə təltif edilməsi;

Minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam;

“Büdcə sistemi haqqında” Qanunun tətbiq edilməsi barədə” Fərmanda dəyişikliklər edilməsi haqqında Fərman;

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Qanun imzalayıb.

25.12.2018

“Rossiya-24” telekanalına müsahibə verib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi;

“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi;

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi;

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi;

“Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman;

“İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi;

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi;

Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi;

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi;

E.Ə.Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Dünya azərbaycanlılarını 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

25.12.2019

2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın;

İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dikin etimadnaməsini qəbul edib

Vergi Məcəlləsində dəyişiklik edilməsi;

Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun;

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman;

Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi;

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi;

“Vəkil günü” peşə bayramının təsis edilməsi;

Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər;

Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər;

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Dünya azərbaycanlılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

25.12.2020

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi;

Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında Qanun;

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə”;

“Zəngilanın azad olunmasına görə”;

“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi;

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

 

Paylaş
Baxılıb: 172 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31