Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

01.03.2022 [13:26]

01.03.2004

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə Astanaya rəsmi səfərə yola düşüb.

Qazaxıstan paytaxtına rəsmi səfərə gəlib. Qazaxıstan Respublikası Prezidentinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli qarşılanması mərasimi olub.

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə təkbətək görüş keçirilib.

Təkbətək görüşündən sonra Qazaxıstan Prezidentinin iqamətgahının Qızıl salonunda prezidentlərin rəhbərliyi ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikası İlə Qazaxıstan Respublikası arasında sənədlərin imzalanması mərasimi olub.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev birgə mətbuat konfransı keçiriblər.

Qazaxıstan Parlamenti Senatının sədri Oralbay Abdıkarimov ilə görüşüb.

Astanadakı Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinə gəlib.

01.03.2005

Prezident sarayında İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib.

Xəstəxanada müalicədə olan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirələ telefonla zəng edib. Telefon söhbəti zamanı dövlətimizin başçısı cənab Süleyman Dəmirəlin səhhəti ilə maraqlanıb, onun tezliklə sağalmasını arzu edib.

01.03.2006

Ağdərə rayonundakı “N” hərbi hissəsində olub.

Ağdam rayonuna səfəri çərçivəsində yeni salınmış Bənövşələr qəsəbəsinin təntənəli açılış mərasimi olub.

Bənövşələr qəsəbəsinin açılış mərasimindən sonra Ağdam rayonunun Soltanbud kənd orta məktəbində olub.

Ağdam rayonundakı 2 nömrəli orta məktəblə tanış olub.

Ağdam rayonu ərazisində yeni salınmış Bənövşələr qəsəbəsində Qarabağ müharibəsi əlili Şakir Əliyevin qonağı olub.

Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.

Quzanlı qəsəbəsinə gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam Rayon İcra Hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət edib.

Ağdam rayonunun ərazisində yeni salınmış “Dördyol-1” qəsəbəsinə gəlib.

Ağdam rayonuna səfərini başa çatdırdıqdan sonra qonşu Tərtər rayonuna gəlib. İlk olaraq, rayon icra hakimiyyətinin qarşısındakı meydana gəlib. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimi olub.

Tərtər şəhərində abidənin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

01.03.2007

Şamaxı rayonuna gəlib.

Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

Şamaxı şəhərindəki “Star” məişət avadanlığı zavodu ilə tanış olub.

Günün ikinci yarısında Şamaxı rayonundan Oğuz rayonuna gəlib.

Oğuz şəhərində Olimpiya Kompleksinin tikintisi ilə tanış olub.

Səhiyyə Nazirliyinin sifarişi ilə Oğuz şəhərinin Heydər Əliyev prospektində inşa olunan mərkəzi rayon xəstəxanasının tikintisi ilə də tanış olub.

Oğuz rayonunda “Apra” istirahət və sağlamlıq kompleksinin tikintisi ilə tanış olub.

Oğuz şəhərində ulu öndərin adını daşıyan muzeyin

açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Fərman imzalayıb.

Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

01.03.2008

ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənni qəbul edib.

01.03.2010

Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul edib.

F.Ə.Qasımovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

01.03.2011

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.Dövlətimizin başçısı İlham Əliyev konfransda iştirak edib.

Ç.Ə.Sultanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

01.03.2012

Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

A.Y.Rəhimova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

01.03.2013

Pakistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Əliağa Ağayevin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Ə.M.Baxışovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

01.03.2014

Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib.

Şri-Lankanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib.

Beninin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib.

01.03.2016

AŞPA-nın prezidentini qəbul edib.

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 100-VQD nömrəli Qanununun tətbiqi və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının 2016 cı il 19 yanvar tarixli 101 VQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

01.03.2017

İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib.

Pakistana səfəri başa çatıb.

01.03.2018

Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

“Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 998-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 997-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 992-VQD nömrəli Qanununun tətbiqi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 993-VQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 994-VQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 995-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1000-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

01.03.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

“2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Belarus Respublikasının Məhkəmə Ekspertizaları Dövlət Komitəsi arasında məhkəmə ekspertizası fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1479-VQD nömrəli Qanununun tətbiqi və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 avqust tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1478-VQD nömrəli Qanununun tətbiqi və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

01.03.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib.

Paylaş:
Baxılıb: 805 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31