“Xəzər dənizi hər kəsin ortaq sərvətidir” - Abşeron Milli Parkında “Xəzər festivalı” keçirilib
28.09.2024 [20:16]
Sentyabrın 28-də Abşeron Milli Parkında Ümumdünya Dəniz Günü ilə əlaqədar Xəzər həftəsi çərçivəsində "Xəzər festivalı" keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, milli parkı ziyarət edən turistlər, məktəblilər iştirak ediblər.
Festivalın açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov son 20 ildə Xəzər dənizinin hər il öz səviyyəsini itirdiyini bildirib. Qeyd olunub ki, 1995-ci illə müqayisədə Xəzərin səviyyəsində 2,5 metrdən çox azalma müşahidə olunub. Hər il isə 7,5-8 santimetr azalma qeydə alınır. Bu özü ilə birlikdə bir sıra problemlər yaradır. Belə ki, həm su biomüxtəlifliyinin mühafizəsi baxımından, həm sahilboyu ərazilərdə problemlər müşahidə olunur. Azalmanın qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və azalma davamlı olarsa, buna uyğunlaşma tədbirlərinin həyata keçirilməsi ilə bağlı ən müxtəlif müstəvilərdə müzakirələr aparılır. Azərbaycan da həmin müzakirələrin ən aktiv iştirakçılarından biridir.
Xəzərin problemlərinə ictimaiyyətin diqqətinin çəkilməsi məqsədilə keçirilən tədbirlərdən bəhs edən Vüqar Kərimov deyib: "1978-ci ildən etibarən hər il dünyada Ümumdünya Dəniz Günü qeyd olunur. Azərbaycanda da son bir neçə ildir sentyabrın son həftəsi "Xəzər həftəsi" elan edilib. "Xəzər festivalı" da "Xəzər həftəsi" çərçivəsində təşkil olunan və maarifləndirmə xarakteri daşıyan tədbirlər sırasındadır. Məlum olduğu kimi, noyabrda Bakı iqlim dəyişmələrinin yaratdığı problemlərin və onun təsirinin aradan qaldırılması ilə bağlı müzakirələrin aparılacağı baş platforma olacaq. Xəzərin problemləri də COP29-un panellərində müzakirə olunacaq əsas məsələlərdən biridir".
FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat dəniz həyatının ətraf mühit üçün əhəmiyyət kəsb etdiyini, Xəzər dənizinin hər kəsin ortaq sərvəti olduğunu bildirib.
Azərbaycanda keçiriləcək COP29 tədbirindən danışan M.N.Hayat fikirlərinə belə davam edib: "Bu il Azərbaycan və bütün dünya üçün çox mühümdür. Belə ki, noyabrda Azərbaycanda COP29 keçiriləcək. Biz artıq torpaq, su və havanın çirklənməsi məsələlərinin müzakirəsi ilə bağlı tez-tez bir araya gəlirik. Müzakirələrin hər kəs üçün faydalı olacağına ümidvaram".
Festivalda iştirakdan məmnun olduğunu bildirən BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Slobodan Tadic BMT-nin İnkişaf Proqramının enerji və ətraf mühit sahələrində son dərəcə fəal olduğunu, milli adaptasiya planlarını dəstəklədiklərini deyib: "Biz ətraf mühit və enerji sahələrini əhatə edən bir çox tədbir keçirmişik. Bu gün burada hər kəs, hətta uşaqlar da sahib olduğumuz təbii resursların varlığını qeyd edir. Xəzər dənizi də həmin resurslardan biridir. Biz görürük ki, burada mühüm dərəcədə anlayış, qətiyyət və stabillik mövcuddur. Bizim bu il də mühüm məqsədlərimiz var. COP29 yalnız Azərbaycan üçün deyil, bütün qlobal dünya üçün mühümdür. Bunu dəstəkləməyə, bu tədbirə töhfə verməyə, öz təcrübəmizi bölüşməyə çox şadıq".
Festival çərçivəsində müxtəlif qurumların nümayəndələrinin, mütəxəssislərin iştirakı ilə Xəzər dənizinə həsr olunan dəyirmi masa keçirilib.
Gənc rəssamlar Xəzər dənizi ilə bağlı rəsmlər çəkiblər. Parkı ziyarət edən turistlər festivalda təşkil olunan maarifləndirici guşələrlə yaxın tanış olub, gənc rəssamların stendlərini izləyiblər.
Festivalda, həmçinin veloyürüş keçirilib, yoqa, canlı musiqi, uşaqlar üçün Xəzərin ekosistemi ilə bağlı təlimlər təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

