“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq
02.11.2024 [20:49]
Noyabrın 2-də “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin “Azərbaycan 2030-cu il” Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-cisi olan “Təmiz ətraf mühit və yaşıl artım” hədəfinə də xüsusi önəm verilir.
Eyni zamanda, “ASAN xidmət” tərəfindən də ölkəmizdə dayanıqlı və yaşıl gələcəyin təmin edilməsi istiqamətində innovativ ekoloji təşəbbüslər həyata keçirilir.
“ASAN xidmət” mərkəzlərində, ümumilikdə, 19 milyon kilovat-saat elektrik enerjisi istehlak olunub. Bu fakt enerji tələbatını dayanıqlı şəkildə qarşılamaq üçün innovativ həllərin tətbiqini zəruri edir. Qeyd olunanları nəzərə alaraq, Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsinə start verib. Layihə çərçivəsində ilkin olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binanın elektrik ehtiyacları təmin ediləcək. Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.
Günəş enerjisindən istifadə və qabaqcıl texnologiyaların tətbiqi “ASAN xidmət” mərkəzlərində karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldacaq. Bununla da mərkəzlərə gündəlik müraciət edən 40 minə yaxın vətəndaş üçün daha təmiz, sağlam bir mühit formalaşdırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37
İqtisadiyyat
07 Dekabr 10:29
İqtisadiyyat
07 Dekabr 10:18
Siyasət
07 Dekabr 10:07
Siyasət
07 Dekabr 09:57
MEDİA
07 Dekabr 09:51
İqtisadiyyat
07 Dekabr 09:46
Xəbər lenti
07 Dekabr 09:41
Ədəbiyyat
07 Dekabr 09:34
Analitik
07 Dekabr 09:32
Elm
07 Dekabr 09:18
Dünya
07 Dekabr 09:12
Ədəbiyyat
07 Dekabr 09:09
Sosial
07 Dekabr 08:45
Sosial
07 Dekabr 08:37
Dünya
07 Dekabr 08:15
Dünya
07 Dekabr 07:53
Mədəniyyət
06 Dekabr 23:44
Xəbər lenti
06 Dekabr 23:31
Xəbər lenti
06 Dekabr 23:17
Xəbər lenti
06 Dekabr 22:58
Sosial
06 Dekabr 22:36
Xəbər lenti
06 Dekabr 22:15
Dünya
06 Dekabr 21:51
İqtisadiyyat
06 Dekabr 21:39
İqtisadiyyat
06 Dekabr 21:18
Hadisə
06 Dekabr 20:57
Sosial
06 Dekabr 20:36
Ədəbiyyat
06 Dekabr 20:35
Ədəbiyyat
06 Dekabr 20:29
Siyasət
06 Dekabr 20:15
Siyasət
06 Dekabr 19:56
Siyasət
06 Dekabr 19:53
İdman
06 Dekabr 19:52
Xəbər lenti
06 Dekabr 19:34
Sosial
06 Dekabr 19:12
Siyasət
06 Dekabr 18:36
YAP xəbərləri
06 Dekabr 18:27
Gündəm
06 Dekabr 18:26