Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib
08.07.2025 [17:26]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində - Ərəb Dövlətləri Liqasının baş ofisində keçirilən beynəlxalq konfransda iştirak edib. “İslamofobiya: Mövcud qlobal kontekstdə konsepsiya və təcrübə” adlı beynəlxalq konfrans Ərəb Dövlətləri Liqası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən təşkil olunub. Konfransın əsas məqsədi dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh, qarşılıqlı hörmət və təhlükəsizliyə töhfə verməkdir. Konfransda islamofobiyanın səbəbləri, onun yayılması, cəmiyyətlərə və beynəlxalq təhlükəsizliyə təsiri müzakirə edilib. Təhsil, vətəndaş cəmiyyəti və dövlətlərarası əməkdaşlığın bu problemlə mübarizədə rolu da əsas mövzulardan biri olub. Müzakirələrdə tolerantlığın, dialoqun və birgəyaşayışın vacibliyi vurğulanıb.
Konfransda çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, İslamofobiya bu gün dünyada ciddi və sistemli ayrı-seçkilik problemidir, demokratiyanın əsas prinsiplərinə – bərabərlik, din azadlığı və ədalətə ziddir. Bu problem təkcə qərəz deyil, həm də qanunvericilikdə, mediada və ictimai rəydə müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır. R.Həsənov vurğulayıb ki, problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlıq, maarifləndirmə, media və gənclərin iştirakı ilə birgə layihələr vacibdir. O, Azərbaycanın islamofobiyaya qarşı mübarizədə göstərdiyi səylərdən də danışıb. Qeyd edib ki, Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin təşviqində həm regionda, həm də beynəlxalq səviyyədə fəal rol oynayır. Ölkəmiz islamofobiya ilə mübarizədə beynəlxalq təşəbbüslər irəli sürür və bu məqsədlə böyük konfranslar, forumlar təşkil edir. Rəvan Həsənov islamofobiyaya qarşı mübarizənin yalnız müsəlmanların deyil, bütövlükdə insan haqlarının və demokratiyanın müdafiəsi olduğunu xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

