Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Əliyev, yoxsa dili Əyriyev?

Əli Əliyev, yoxsa dili Əyriyev?

19.11.2021 [14:16]

Tahir Məmmədov

YAP Veteranlar Şurasının üzvü

Son vaxtlar böhtan, qarayaxma kampaniyasının önündə  yorta- yorta gedən yabısını   köndələn çapmaq istəyən “Vətəndan və İnkişaf Partiyası”nın sədri Əli Əliyev öz hədyan çıxışlarını bir qədər də genişləndirib. Xalqımızın, yenilməz Ali Baş Komandan Qalib  və Müzəffər Prezidentimiz İlham Əliyev və cəsur Azərbaycan Ordusunun dünayaya səs salan 44 günlük tarixi, möhtəşəm savaşını, böyük Zəfər,şanlı  Qələbə ehtişamını özündən olsa kölgələmək istəyir. Guya biz Qarabağı Rusiyaya təhvil vermək ərəfəsindəyik. Doğrudan  gülməlisən xanixarab, həm də yaxşı yuxular görürsən. Azərbaycanlı olasan, bu ölkədə yaşayıb, onun çörəyini yeyəsən, suyunu içəsən, amma bu boyda  milli, tarixi Qələbəni görməyəsən. Ya da görə-görə özünün görməməzliyə vurasan.

Burada yeri gəlmişkən  bir haşiyə çıxmaq istəyirəm. Deyirlər ev dibçəkləri sırasında bir tikanlı kakatus adlı bitki olur, həmişə də evin bir küncündə büzülüb oturur, guya ki, başı aşağı mürgüləyir amma qulağı söz, xəbər dənləyir,- qiymət böhtan torbasını doldurmaq üçün. Hərdən tikanlarını tərpədib o tərəfə bu tərəfə nəzər də salır. Sonra da bükülür, yığılır, balacalışır,- kirpi kimi. Hamı elə bilir ki, yatıb, heç nəyi eşitmir, heç kimi görmür. Amma evdə bir busat, şənlik olanda, gülüş sevinc sədaları yüksələndə, tikanları tərpənir, biz- biz durur. Elə bil yuxudan ayılır. Şənliyi, büsatı gözü götürməyən, xoş, sevinc sədalarından tikanları dikələn katusu  görəndə...  Əli Əliyevin haray-həşiri, tikanlarını qabartması yadıma düşür.  Bu siyasi diletant Əli Əliyevin ləkəli reputasiyasını bir daha acı-acı xatırlamalı oluram. Bütün mənəvi-əxlaqi dəyərləri ayaqlayaraq şər-böhtanla kimlərəsə züy tutan, özü -özünü demokrat adlandıran Əli Əliyev sosial şəbəkləri qərəz dolu üfunətlə doldurub. Hətta iş o yerə çatıb ki, bu şər, üfunətə öz müavini Əliyar Şirməmmədov dözə bilməyib VİP-in Siyasi Şurasından və partiya üzvləyindən istefa verərək uzaqlaşıb. Keçmiş müavin Ə.Şirməmmədov açıqca bəyan edib ki, Əli Əliyevin qərəzli, böhtan dolu ittihamlarına daha dözə bilmir. Hətta onu da qeyd etməyi unutmayıb ki, bu Əli Əliyev VİP təşkilatını  əsl diktator kimi idarə edir. Açıqca ərz eləyib ki, “ ümumiyyətlə, belə deyərdim ki,- bir az kobud çıxacaq,-  partiya diktatorcasına idarə edilmək ucbatından dağılmaq üzrədir. Mən Əli bəydən yaşca da böyüyüəm. Düz, 30 il 4 ay idi  ki, bir yerdə idik. Deyərdim ki, ayrılmağımızın səbəbi siyasi baxışlarımızın üst-üstə düşməməsi ilə bağlıdır. Hesab edirəm ki, özümə hörmət edərək mədəni halda istefa verməyə məcbur oldum”.

30 illik dostunun,-partiyadaşının bu sözlərindən sonra VİP sədri Əli Əliyevə əqidəsi sürüşkən, dili Əyriyev deməyəsən, bəs nə deyəsən. Partiya sədrinin keçmiş müavininin dediyi kimi, Əli Əlieyvin siyasi baxışlarında mülahizələrində , çağırışlarında, dövlətə, iqtidara, bütövlükdə xalqımıza tuşlanan  haqsız söz, iftira hücümlarında onun yanaşmalarının siyasi həyasızlığını açıq-aşkar görünür. Bəli, böyük yazıçımız Mirzə Cəlil demişkən “ dünya başına deyil, hamı hamını görür”. Sosial şəbəkələrədə özünü xalq, millət təəssübkeşi kimi qələmə verməklə deyil, ay Əl bəy, sizi artıq tanıyırlar. Bir zmanlar AMİP-dən qovuldunuz, gördülər ki, siyasi ambisiyasınız, “mənəm-mənəmçiliyiniz” heç bir çərçivəyə sığmır. Sizə, xarakterinizə rişxəndlə, ikrahla baxırlar. Bunu biz demirik, o vaxt təmsil olundunuz AMİP funksioneri Əli Orucov özü deyir ki, hələ 2005-ci ildə siz bu partiyanın sədri olanda təşkilatı öz şəxsi məqsədləriniz üçün istifadə edirdiniz. Həm də pozuculuq, ara qarışdırmaq fəaliyyətinizlə hamının gözündən düşmüşdünüz. Ona görə də 2006-cı ilin yanvar ayının 8-də AMİP-in Mərkəzi Şurasının yekdil və prinsipial qərarı ilə sədrlikdən, hətta üzvlükdən belə uzaqlaşıdırıldınız. Hələ onu da demirik ki, Azərbaycan Dövlət Tibb Universitetinin kafedrasının əməkdaşları da sizi yaramaz əməllərinizə görə öz sıralarından çıxdaş etdilər. Bayaq qeyd etdiyimiz kimi, dünya başına deyil. Hələ onu da demirəm ki, axırıncı deputat seçkilərində namizədliyinizi   ciddi- cəhdlə irəli sürsəniz də heç bir  faiz də səs toplaya bilmədiniz. Çünki o zaman yuxunuzda tez-tez Milli Məclisdəki kresloları görürdünüz,- düz deyirlər ki, ac toyuq yuxusunda  həmişə darı görər. Uğursuz “dovşan”, “pişik” həkimi kimi hər yerdən qovula-qovula heç yerdə öz yerini tuta bilməyən savadsız həkim olaraq hətta  öz  “xəstələrinizin” belə dadına çata bilmirsiniz.

İndi də hər cür qara piar kamapniyasını qızışdırmaq istəyən siyasi həpənd Əli Əliyev həmin xülayalarının yedəyində sürünür.

 Əli Əliyev unudur ki,  qədirbilən, müdrik xalqımız öz dostunu, düşmənini yaxşı tanıyır, ağı qaradan seçməyi gözəl bacarır. Kifayət qədər qaranlıq keşmişi olan, AMİP-dən qovulan, fitnəkarlıqla  Xalq rəssamı Kamil Əliyevin əmlakını ələ keçirmək istəyən tamahkar VİP sədri unudur ki, müxalifətçilik belə olmur. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu “həkim-siyasətçi” nədənsə hər şeydən əvvəl öz vətəndaşlıq borcunu, Vətən torpaq, Qarabağ təəssübünü bilərəkdən “yaddan çıxarır” Əli Əliyev kimi marginallar unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan ofislərinin  mərmər döşəmələri üstündə gəzib yardım dilənməklə  heç nəyə nail ola bilməyəcəklər. Belələri bilməlidirlər ki, Vətənin halal, müqəddəs çörəyinə kəm baxanları tarix heç zaman bağışlamır...

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30