Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəfər salnaməmizin qızıl hərflərlə yazılan şanlı səhifələri

Zəfər salnaməmizin qızıl hərflərlə yazılan şanlı səhifələri

20.11.2021 [13:28]

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı

Bu gün noyabr ayının Azərbaycan xalqı tərəfindən haqlı olaraq zəfər ayi adlandırılması təsadüfi deyil. Bu ayda Dövlət Bayrağı Günü, Konstitusiya Günü, Dirçəliş Günü kimi əlamətdar günlərimizlə bərabər, keçən il 44 günlük Vətən müharibəsinin bütövlükdə zəfərlə bitməsini şərtləndirən ən möhtəşəm hadisələr-qələbələr noyabr ayında əldə edilmişdir. Daha doğrusu, tariximizin  Zəfər salnaməsinin  şanlı səhifələrinin bir coxu qızıl hərflərlə məhz bu ayda yazılmışdır. Vətən müharibəsinin zəfərlə başa çatmasını və ərazi bütövlüyümüzün bərpa edilməsini şərtləndirən hadisələr məhz bu ayda qazanıldı. 8 Noyabr Şuşanın fəth edilməsi, 10 noyabr Ermənistanın kapitulyasiyasını və Azərbaycanın qalib tərəf kimi rəsmi sənədlə təsdiq edildiyi  gün, 20 noyabr Ağdam, 24 noyabr Laçın və 25 noyabr Kəlbəcər rayonlarının işğaldan azad olynması günləri bir daha əsas verir ki, noyabr ayı  Zəfər ayı kimi adlandırılsın. Bu ayda Müzəffər Ali Baş Komandanımız dünyaya sübut etdi ki, o və onun rəşadətli Ordusu yenilməzdir, məğlubedilməzdir. Vətən müharibəsinin hər günündə çıxış və müsahibələri ilə sübut etdi ki, otuz ilə yaxın müddərdə aparılan danışıqlarda Onun müdrik diplomatiyası və həyata keçirdiyi uzaqgörən siyasət haqq və ədalətin bərpasına hədəflənmişdir. Onun eyni zamanda Vətən müharibəsundəki həm mahir sərkərdəlik istedadı və həm də informasiya və siyasi diplomatiya meydanında apardığı mübarizə ən qısa müddətdə iki yüz illik faşist ideologiyalı erməni və ermənipərəst planları darmadağın etdi. Ağdamın, Laçının, Kəlbəcərin bir güllə belə atılmadan təcavüzkar Ermənistanın terrorçu ordusundan təmizlənməsi dünya hərb tarixinə təkcə XXI əsrin deyil, həm də üçüncü minilliyin bənzərsiz zəfəri kimi yazılacaqdlr.  Bugün Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən  bir ildən artıq müddət keçsə də hələ də beynəlxalq mətbuat və beynəlxalq təşkilatlar tərəfindən  bu savaş və qazanılan zəfər haqqında danışılır. Çox təəssüf ki, dünyada, xüsusən də beynəlxalq təşkilatlarda höküm sürən ikili standartlar işğaldan azad edilmiş torpaqlarımızda erməni vandallarının işğal dövründə törətdikləri vəhşiliklər və talançılıq haqqında danışılmır. Sözsüz ki,ötən müddət ərzində  bu münasibət və yanaşma riyakarlığın bir daha sübutudur. Hələ də işğalçı Ermənistanın təcavüzkar və barbar əməllərinin müdafiəsi və ya ört -basdır edilməsi qəbuledilməzdir. Qəsbkarlar tarixi torpaqlarımızı zəbt edərək, həm də həmin ərazilərdə bütün infrastrukturu tamamilə yerlə yeksan etmələri, rayon və şəhərlərimizi, kənd və qəsəbələrimizi viran qoyaraq, talan etmələri hərbi cinayətdir və buna beynəlxalq aləmdə adekvat cavab verilməlidir. Bu vəhşilik təkcə Azərbaycan xalqının yaratmış olduğu qeyri-maddi irsə qarşı deyil, həm də  dünya mirasına qarşı törədilmiş vandalizmdir. Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan həm də bəşəriyyət üçün bəla ilə mübarizə aparmış və onu darmadağln etməklə erməni xislətinin əsil mahiyyətini ifşa etmişdir.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu bütövlükdə Cənubi Qafqazı belə bir böyük təhlükədən xilas etdi. Bugün savaş aparmadan azad etdiyimiz Ağdam, Laçın və Kəlbəcər rayonlarında erməni vandallarının törətmiş olduqları böyük dağıntılar ikinci dünya müharibəsi zamanı Xirosimo, Naqasakidə törədilmiş cinayətlə müqayisı edilir. Bu rayonların təkcə infrastrukturu total olaraq dağıdılmayıb, həmçinin işğaldan azad edilmiş digər rayonlar kimi, bu rayonların ərazisində də mövcud olmuş yüzlərlə tarixi-mədəniyyət abidələri, məscidlər, dini ibadət yerləri, yüzlərlə məktəb, uşaq bağçaları, kitabxanalar,  klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi,  səhiyyə müəssisələri, yüzlərlə inzibati bina, onminlərlə mənzil, bir sözlə Allahın və insanın yaratmış olduğu nə varsa məhv edilibdir. Bu rayonların milyardlarla manatlıq sərvəti Ermənistana və xarici ölkələrə daşınıbdır. Sözsüz ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində insanlıq və bəşəriyyət  üçün təhlükə olan erməni faşizmi üzərində çaldığı möhtəşəm Zəfəri yalnız qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi ilə əldə etdi.
Ümumiyyətlə Ağdam, Laçın və Kəlbəcərin işğaldan azad edilməsi  10 noyabrda imzalanmış Ermənistanın kapitulyasiya sənədindən sonra baş versə də, əslində  müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilməsinin böyük strateji əhəmiyyəti oldu.
 Beləliklə də Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə həm də illərlə kağız üzərində qalan BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr icra olunmuş oldu. Bildiyimiz kimi, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası özünün 3205 saylı iclasında 822 saylı Qətnaməsini qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edirdi. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Beləliklə bu tarixi missiyanı da Azərbaycan təkbaşına həyata keçirmiş oldu. Qürurla qeyd etməliyik  ki, şanlı Ordumuz tərəfindən müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsinin nəzarətə götürülməsi də hərbi əməliyyatların sonrakı gedişində mühüm əhəmiyyətə malik oldu. Bu barədə Ali Baş Komandanımız cənab İlham Əliyev belə demişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.” Bu mənada heç də təsadüfi deyil ki, 2020-ci il noyabrın 20-də Ağdamın, 24-də Laçının, 26-da Kəlbəcərin azad olunması ölkə rəhbərinin hərb elminin taktika və strategiyasını mükəmməl səviyyədə icra etməsindən irəli gəlir. Bugün bütün işğaldan azad olunmuş torpaqlarda olduğu kimi, bü üç rayonun ər bir qarışında üçrəngli bayrağımızın dalğalanması dünya azərbaycanlılarını qürurlandırmaya bilməz. Bugün bütün ərazilərimizdə bütün sahələrdə ən yeksək standartlara cavab verən misilsiz quruculuq işləri görülür. Bütün görülən işlər hər an möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətindədir. Daha doğrusu gecə-gündüz onlar bu rayonlara səfərlər edərək təməlqoyma və açılış tədbirlərində iştirak edirlər. Onların hər səfəri bir-birindən əzəmətli və uğurlarla doludur. Bugün ictimaiyyət onların səfərini hava və ya suya ehtiyacları olduğu kimi izləyirlər. Səfərlərin birində Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldan əziz Prezidentimiz İlham Əliyevin  çıxışında səsləndirdiyi çox vacib məqamlardan birini  xatırlasaq  yerinə düşərdi: “Son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola
bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi. Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil.” Bəli, birmənalı olaraq deməliyik ki, Azərbaycan xalqı öz inandığı və etimad göstərdiyi Lideri, Prezidentimiz və Müzəffər Ali Baş Kamandanın, onun rəşadətli Milli Ordusunun qəhrəmanlığı ilə əcdadlarının əmanət buraxdığı yurd yerlərini erməni cəlladlarından xilas etdi. Bundan sonra İnşalla bu torpaqlar əbədiyyən bizim olacaqdır. Azərbaycan xalqı bu zəfəri xalqımıza qazandıran və bu zəfərdə haqqı və zəhməti olan hər kəsə bugün də gələcəkdə də minnətdar olacaqdır. Allah əziz Şəhidlərimizə rəhmət və qazilərimizə şəfa versin.Fürsətdən istifadə edərək bugünlərdə işğaldan azad olunmasının ildönümü keçirilən Ağdam, Laçın və Kəlbəcərin Vətən torpaqlarına qoşulması münasibətilə bütün qardaş və bacılarımızı təbrik edirəm.

Paylaş
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30