Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mobil telefonların yeni qeydiyyat rüsumları belə olacaq - SİYAHI

Mobil telefonların yeni qeydiyyat rüsumları belə olacaq - SİYAHI

24.11.2021 [12:41]

Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

Trend-in məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə ediən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən aşağıdakı rüsumlar müəyyənləşir:

bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Paylaş
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31