Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Jalə Əliyeva: Soçi görüşü Azərbaycanın növbəti qələbəsidir

Jalə Əliyeva: Soçi görüşü Azərbaycanın növbəti qələbəsidir

29.11.2021 [13:27]

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Son illərimizin, xüsusilə də, 2020-ci il və başa çatmaqda olan 2021-ci ilin demək olar ki, hər günü, hər anı uğurlarla, Qələbə və Zəfərlərlə Tarixə yazılır.

2020-ci ildən dünyanı cənginə alan və ölkəmizdən də yan keçməyən koronavirus pandemiyasına, onun bir sıra zərbələrinə baxmayaraq, ölkəmiz, dövlətimiz öz ayaqları üstə möhkəm dayanmaqda, istər “gizli düşmən”ə, istərsə, acıq düşmənə və düşmənlərə əyilməməkdə, boyun əyməməkdədə, əksinə hər biri üzərində Qələbə və Zəfər çalmaqda davam etməkdədir.

İkinci Vətən Müharibəsi, cəmi 44 günə 32 illik münaqişəyə son qoyulması, “Zəfər Paradı”nın keçirilməsi, işğaldan azad olunmuş ərazilərimizə səfərlər, tarixi açılışlar, təməlatmalar, festivallar, poeziya günləri, Şuşa Bəyannaməsi, “Böyük qayıdışı”n ilk və möhkəm təməllərinin atılması və sair və ilaxır, hər biri Qələbə və Zəfər salnaməmizin uğurlu və ardıcıl davamıdır.

Gizli və açıq düşmənlərə hər müstəvidə sarsıdıcı, öldürücü zərbələr vurulmaqdadır.

Bunların başlıca və əsas müəllifi isə ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir.

O, Azərbaycan dövləti və Azərbaycan xalqı ilə hər gün, hər an Tarix yazır və yaradır. Hər müstəvidə Azərbaycanın milli maraq və mənafelərini, çıxarlarını ləyaqətlə, şərəflə qoruyur, təmin edir.

Ölkə Prezidenti elə bugünlərdə qonşu Rusiyaya, Soçi şəhərinə səfər edərək, öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə bir araya gəldi, sonra isə Rusiya lideri və qarşımızda diz çökdürdüyümüz məğlub ölkənin Baş naziri ilə üçtərəfli görüşdə iştirak etdi.

Bir daha öz Lider qabiliyyətini, cəsarətini, Azərbaycanın milli maraq və maraqlarının vazkeçilməzliyini  dünyaya nümayiş etdirdi.

Bir daha hər kəsin gözü qarşısında Tarix yazdı.

Bəli, Azərbaycan ona qucaq açan, onunla bərabərhüquqlu tərəfdaş kimi davranan hər bir dövlətlə ikitərəfli münasibətlərə, əməkdaşlıq əlaqələrinə daim böyük önəm verib və bu gün də bu kursuna öz əməli addımları ilə sadiqdir.

Azərbaycan böyük və Şimal qonşumuz Rusiya ilə də hər zaman yüksək  əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə öz sadiqliyini nümayiş etdirib.

Heç təsadüfi deyil ki, Azərbaycan və Rusiya liderlərinin Soçi görüşündə də vurğulandığı kimi, Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub.

Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri olaraq qalır.

Humanitar əlaqələr də məhz  bu fonda davam edir.

O cümlədən, Azərbaycanda rus dilinin inkişafına, dəstəklənməsinə böyük önəm verilir.

Təxminən  340 məktəbdə rus dili tədris edilir.

Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər.

Bu, Azərbaycanın öz əməkdaşlıq  və tərəfdaşlığına nə dərəcədə sadiq olmasının əyani təcəssümüdür və geniş izahata da ehtiyacı yoxdur.

Görüş zamanı “...Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində, bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur”-deyən Azərbaycan Prezidenti isə öz növbəsində onu da qeyd etdi ki, münasibətlərin inkişafı işində geridə qalan həftə çox əlamətdar olub. Belə ki, Rusiya Federasiyası hökuməti sədrinin müavini, o cümlədən Rusiya Elmlər Akademiyasının prezidenti ali səviyyədə qəbul edilib. Rusiyanın humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Həmçinin, bu günlərdə  Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın iştirakı ilə böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edib.

Yəni, son bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.

Təbii ki, həm Rusiya lideri ilə görüşdə, həm də üçtərəfli görüşdə başlıca, ana xətt Qarabağ münaqişəsinə son qoyulmasından sonrakı dövrdə, yəni, post-müharibə dövründə görülən və görüləcək işlər təşkil etdi.

Azərbaycan Prezidenti bir daha  öz qətiyyətini göstərərək, post-müharibə dövründə də Azərbaycanın milli maraqlarından bir qarış belə geri çəkilməyəcəyini nümayiş etdirdi.

“...Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub”-deyən Azərbaycan Prezidenti bir daha diqqətə çatdırdı ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib.  Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib.

Yəni, Ali Baş Komandanın vurğuladığı kimi,  biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik.

Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük.

Dəfələrlə də demişik, ali səviyyədə bəyan etmişik ki,  biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.

Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır.

Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır.  Və düşünürük ki, üçtərəfli görüşün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq.

Bəli, biz bir daha seçimimizi etdik və hər kəsə açıq şəkildə nümayiş etdirdik. Söz, qərar, düzgün addım artıq qarşı tərəfindir. Necə seçim edəcəklərsə, o cür də qarşılığını görəcəklər.

Qarabağ Azərbaycandır və Azərbaycanınındır!

Paylaş
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31