Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AZAL Bakıdan Aktauya uçuşları bərpa edir

AZAL Bakıdan Aktauya uçuşları bərpa edir

01.02.2022 [15:01]

Fevralın 18-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşları bərpa edəcək.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics.

Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30